Güney Azərbaycanlıların İİR-ER münasibətlərinə baxışı - İİR-in Ermənistandan öz siyasi məqsədləri üçün istifadə etməsi...

Güney Azərbaycanlıların İİR-ER münasibətlərinə baxışı - İİR-in Ermənistandan öz siyasi məqsədləri üçün istifadə etməsi...

Azərbaycan iran-erməni münasibətlərinin inkişafını diqqəttlə izləyir. Çünki Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, hazırda Ermənistanla müharibə vəziyyətindədir. İran cəmiyyətində az adam başa düşür ki, ümumiyyətlə  İİR niyə Ermənistanla münasibətləri inkişaf etdirir və niyə Ruhani bu ölkəyə səfər edir və əksinə. Xüsusən də ona görə ki, praktiki İranın bütün yaşlı əhalisi Azərbaycan – Ermənistan konfliktindən, Azərbaycan ərazilərinin işğalından və bir milyona yaxın qardaş və bacılarımızın öz doğma evlərindən didərgin salındıqlarından xəbərdardır.

       İran adlanan dövlətin prezidentinin və ER prezidentinin qarşılıqlı səfərləri Təbrizdə,Ərdəbildə, Urmiyada, Cənubi və Qərbi Azərbaycan vilayətlərinin digər şəhərlərində güney azərbaycanlılar arasında hər dəfə çox pis qarşılanır. Hardasa Ruhanini başa düşmək olardı, əgər iş yalnız iqtisadi və enerji sahələrində əməkdaşlıqdan getsəydi. Lakin Ruhani özünə rəva bildi bir sıra bəyanatlar verməyə, hansı ki, əhalisi azərbaycanlılardan ibarət olan əyalətlərdə qəzəblə qarşılandı. Biz o xalqla dostluq edə bilmərik, hansı ki, Azərbaycanın tarixi ərazilərini işğal edib, oradan bizim qardaş və bacılarımızı qovublar, onları Xocalıda öldürüblər. Ümumiyyətlə biz heç cür həmfikir ola bilmərik Ruhaninin o fikri ilə ki, “İran və erməni xalqları bir mədəniyyətə və sivilizasiyaya aiddirlər”. Müsəlman olan Ruhani xalqa yönəlik belə sözləri düz demir, hansı ki, buna görə müsəlman qardaşları onu Ermənistanda və Qarabağda qovardılar və öldürərdilər. Əgər farslardan kimsə Ermənistana və erməni xalqına nəisə isti münasibət hiss edirsə, bu əsla o demək deyil ki, İran adlanan dövlətdə yaşayan azərbaycanlılar da bu cür münasibət hiss etməlidirlər. İranda yaşayan hər bir Azərbaycanlının qəlbi, Azərbaycan Respublikasının öz ərazisini işğaldan azad etmək üçün ədalətli mübarizəsinə tərəfdir. 2016-cı ilin aprelində Ermənistan Qarabağ eskalasiyaya əl atdıqda, Təbrizdə, Ərdəbildə, Urmiyada, Kərəcdə, Məşhəddə 9 min azərbaycanlı müqəddəs müharibəyə getməyə hazır idi. Yalnız Ruhani Ermənistanda olarkən qeyd etmişdir ki, Qarabağ problemi BMT-nin nizamnaməsi və beynəlxalq  və beynəlxalq normavə prinsiplər əsasında sülh yolu ilə həll edilməlidir. Məgər bu norma və hüquqlar Azərbaycan tərəfində deyil? Niyə Ruhani Ermənistanda yüksək tribunadan, erməni prezidentinə, erməni siyasi və hərbi elitasına, erməni cəmiyyətinə səslənmədi ki, nəhayət son qoyun Azərbaycan ərazilərinin işğalına? Rəsmi Tehran 1979-cu ildən elan edir ki, bütün dünyadakı müsəlmanların maraqlarının qayğısına qalır. Lakin o qəsdən öz gğzləri qarşısında qonşunun və din qardaşlarının incidildiyini və öldürüldüyünü görmək istəmir. Və bu bizi hiddətləndirməyə bilməz.

       Bəli, bizim milləti döblət sərhədi ayırır. Tarix belə gətirdi ki, Azərbaycan xalqı bölünməyə məruz qaldı. Tehranda əhali, güney azərbaycanlılarının Qarabağ konfliktinə münasibəti və rejimin Ermənistanla çox sıx əlaqələrinin bizim xoşumuza gəlmədiyi barədə öyrənə bilmirlər. Bir İranda 30 milyondan çoxuq, lakin ayətulla rejimi bizim fikirlərimizlə hesablaşmır, öz xarici siyasətində bizim fikrimizi nəzərə almır. Lakin biz dəfələrlə Tehrana göstərmişik ki, biz öz tariximizi, dilimizi və mədəniyyətimizi müdafiə edə bilirik.

       Bəs Ermənistan nəqədər İrana maraqlıdır? Əlbəttə görünür birinci növbədə iqtisadi nöqteyi nəzərdən. Tehran İran iqtisaiyyatının Ermənistan istiqamətində genişləndirilməsinə çalışır. Buna misal, bu yaxınlarda məlum oldu ki, İİR Ermənistanda ümumi gücü 50 meqavat olan külək elektrostansiyası inşa edəcək. Siyasi nöqteyi nəzərdən, Ermənistan İran üçün ümumiyyətlə maraqlı deyil, xüsusilə indi, hansı ki, ölkə beynəlxalq sanksiyalardan çıxır və çox sayda dövlət İranla diplomatik əlaqələri bərpa edir, bu mənada Böyük Britaniya da. Yalnız belə başa düşmək lazımdır ki,  hər dəfə, nə vaxt ki, İran rəhbərliyi Azərbaycanın bu və ya digər xarici siyasi addımlarından narahat olur (misal, Bakı “sionist rejimi” və ABŞ olduqca çox yaxınlaşdıqda), dərhal Tehranda Ermənistan barədə fikirləşməyə başlayırlar. Həəmçinin, Ermənistan, Bakının müstəqil xaici siyasətinə öz narazılığını göstərmək üçün bundan bayağı istifadə edir. Və söyləmək lazımdır ki, Ermənistanda özündən qüdrətli qonşusu tərəfindən vadar olunduğu oyundan çıxa bilməz – o, Azərbaycan və Türkiyə tərəfindən küncə sıxışdırılıb, qaldı ki, bu halda İranın nəyindənsə imtina etsin.  

       Bir məsələni də qeyd edək ki, hər il 150-200 min arası iranlı turist Ermənistana səfər edir. Yalnız Novruz bayramında 15 minə yaxın iranlı Ermənistana səfər edir. İranlı turistlərin sayəsində Ermənistan iqtisadiyyatı təxminən 20 milyon dollar əldə edir. Görəsən iranlılar olmasa kim Ermənistana səfər edəcəkvə oraya bir oldə 20 milyon dollar pul qoyacaq?

 

Həsən Əliyev

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN