İİR-ER münasibətləri - İİR-in AR-ə qarşı yürütdüyü ikiüzlü və riyakar siyasəti

İİR-ER münasibətləri - İİR-in AR-ə qarşı yürütdüyü ikiüzlü və riyakar siyasəti

Bakı ilə Tehran arasında diplomatik qalmaqal.

2016-cı il sentyabrın 13-də Tehran stadionunda 48-ci iran ermənilərinin olimpiya oyunları təşkil edilmişdir, hansında ki, yalnız İranın özündən olan ermənilər deyil, həmçinin Ermənistan və Gürcüstandan olanlar da iştirak edirdilər. Yarışlarda 9 idman növü üzrə 800 idmançıdan ibarət 16 komanda iştirak edirdi. Gözlənildiyi kimi, erməni erməni olmazdı, əgər yarış iştirakçıları arasına “DQR” separatçılarından olan idmançıları soxuşdurmasaydı. Bizim məlumatlarımıza əsasən, qarabağ separatçıları İrandakı olimpiya oyunlarında bütün idman növləri üzrə təmsil olunublar.

Əlbəttə biz “DQR” təmsilçilərinin bu oyunlarda iştirakına diqqət yetirə bilməzdik, əgər onlar dövlət səviyyəsində təşkil olunmasaydı. Diqqət çəkən məqam odur ki, stadionda Tehranın qubernatoru, İİR prezidentinin milli azlıqlar üzrə xüsusi köməkçisi, İran MOK-un prezidenti, İİR İdman və Gənclərin işləri üzrə nazirini müavini, İranın Ermənistandakı səfiri, iran parlamentinin dini azlıqlarının sədrləri, şəhər surasının üzvləri, Ermənistanın Tehrandakı səfiri və Ermənistan MOK-un rəhbəri erməni oyunlarını diqqətlə izləmişlər. Həmçinin bu yalnız Tehranın qapısı altında keçirilən erməni oyunları deyildi, həm də İranın rəsmi simalarının iştirakı ilə rəsmi görüşlər idi, tavtologiyaya görə üzr istəyirəm.

İran özü, hansı ki, Həsən Ruhani bu il (2016-cı il) avqustun əvvəlində Bakıda demişdir ki, “Azərbaycanla İran arasındakı əlaqələr qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanır” və hansı ki, söz verdi, “İran səylərini gücləndirəcək regiondakı bütün konfliklərin sülh yolu ilə həlli istiqamətində”. Həmçinin üçtərəfli sammitdə Azərbaycan, İran və Rusiya liderləri regionumuza təhdidlərə qarşı birgə mübarizə barədə razılaşdılar, lakin ardınca iran hakimiyyətinin təəssüfedici səhvi – erməni tərəfinə daha çox inamı baş verdi. Və hər nə qədər ki, İranın Azərbaycankı səfiri tələsik bəyanatla çıxış etdi ki, Tehran öz ölkəsinə Qarabağ separatçılarını dəvət etməyib, bununla belə göz qabağında olan faktı – onların bütün oyunlarda iştirak etdiyini inkar etmək çətindir.

İran hakimiyyətinin uzaq görməməzliyi (hələ həyasızlıq və ikili siyasi standartlardan danışmaq istəmirəm) bizi özümüzdən çıxara bilmədi. İranın müvafiq strukturları erməni oyunları olimpiyadasının iştirakçılarını yoxlamağa borclu idilər ki, Qarabağda işğalçı rejimin təmsilçiləri onların sıralarına soxula bilməsinlər. Əfsus ki, ümumiyyətlə bunu edən olmadı və Azərbaycanın ərazi bütövlüyünə Tehran növbəti göstərdiyi hörmətsizlik göz qabağındadır.

Separatistlərin İrana səfərini kim təşkil edib? Beləliklə, qarabağ separatçılarının Tehran oyunlarda iştirakı barədə kifayət qədər fotomateriallar dərc edilmişdir. Bəli Tehranın müxtəlif nəşrlərində işləyən həmkarlarım, mənimlə qeyri-rəsmi görüşlərdə vurğulayırdılar ki, Qarabağ separatçıları erməni olimpiya oyunlarına dəvət olunublar. Mənim çox sayda KİV ilə (misal, Fars news və digərləri) əməkdaşlıq edən, İranda akkreditə olunmuş bir çox səfirliklərlə tanışlığı olan yaxşı tanışım anonim qalması şərti ilə söyləmişdir ki, separatçıların səfərini Ermənistanın İİR-dəki səfiri Artaşes Tumanyan təşkil edib. Bu informasiya məni vadar etdi ki, Ermənistanın maraqlarını İranda təmsil edən insana daha artıq diqqət yetirim.

Rəsmi məlumatdan məlum olur ki, Artaşes Tumanyan 16 noyabr 1949-cu ildə Ermənistan SSR-in Novemberyan rayonunda anadan olub. Onun 8 yaşı olanda ailəsi Kirovakana köçüb. Tumanyan 1971-ci ildə Yerevan Poltexnik İnstitutunu bitirmişdir. 1990-1995-ci illərdə ermənistan parlamentində deputat və vitse-spiker olub. Artıq onda onun qarabağa separatçıları Robert Koçaryan və Serj Sarqsyanla sıx əlaqələri var idi. Robert Koçaryan hakimiyyətə gələndə bu əlaqələr ona kömək oldu. Onda Tumanyan Ermənistan vergi xidmətini rəisi oldu, dərhal sonra Ermənistan prezidentinin Administrasiyasına rəhbərlik etmişdir. Eyni zamanda Koçaryan onu İranla əlaqələrin inkişafı üzrə məsul şəxs təyin etmiş, həmin vaxtdan etibarən Ermənistanın kəskin surətdə bizim ölkənin iqtisadi və enerji köməkliyinə ehtiyac yarandı.

Ermənistanın İrandakı səfirinin bioqrafiyasından ən maraqlı faktı, yerevanlı məlumatlı mənbələr mənə söyləmişdilər. Onların sözlərinə görə, Tumanyanın karyerada sürətli yüksəlişi 24 fevral 2006-cı ildə gözlənilmədən qırıldı. Buna səbəb Tumanyanın öz gizli oyunları oldu, hansı ki, “Yeni ölkə” adlı partiya təsis etmək qərarına gəldi, partiyanın əsas məqsədi, 2015-ci ilədək Ermənistan Avropa İttifaqına daxil olmalı idi və Rusiya ilə sıx əməkdaşlıqdan imtina etməli idi. Koçaryanın təzyiqi ilə Tumanyan prezident administrasiyasının rəhbəri postundan getmə barədə ərizəyə qol çəkdi. Amma şəxsi arzusu ilə. Beləliklə Tumanyan birdən Ermənistanın ən varlı insanlarından biri oldu.

Repressiyadan ehtiyat edirdi, Tumanyan hətta ABŞ-a qaçmaq istəyirdi, harda ki, onun diaspora ilə geniş əlaqələri var idi, bu mənada milyarder Kirk Kerkoryanla. Demək lazımdır ki, Tumanyanın Ermənintandan qaçamq üçün kifayət qədər səbəbləri var idi. Belə bir misal, təhqiqatın gedişində məlum oldu ki, Tumanyan “LİNSİ” fondunun Ermənistanda tikinti proyektini koordinasiya edəndə, Kirk Kerkoryanın sadəlövlüyündən yaxşı varlanmışdı.

Hər gün yeni korrupsiya faktları aşkara çıxırdı. Aydınlıq gəldi ki, keçmiş prezident  administrasiyasının oğlu – Samvel Tumanyan plastik materiallar istehsal edən şirkətin sahibidir (Hytex - plastik), hansı ki, keçmiş Yerevan riyaziyyat institutunun ərazisində yerləşirdi (hərçənd həmin vaxt institutun binası “borc qarşılığında mülk” kimi Rusiyaya verilmişdir). Kompaniyanın bundan savayı, həmin ərazidə Tumanyanın kürəkəninin adına sənədləşdirilmiş digər şirkəti var idi. Həm də, şirkət erməni-amerikan müəssisəsi kimi qeydiyyat alınmışdır. Öz xidməti vəziyyətindən istifadə edərək, dövlət obyektini gülməli qiymətə 21 min dollara özəlləşdirmişdir, hansı ki, həmin illərdə bu qiymətə hətta Yerevanın rayonlarında 3 otaqlı ev almaq mümkün deyildi.

Müəyyən edilmişdir ki, Tumanyan öz qulluq mövqeyindən istifadə edərək vergiləri ödəməkdən yayınmış, Ermənistanda plastik butulka bazarında monopoliya yaratmışdır. “Cermuk”,  “Cola cola”, “Bjni”, “Ay Cola” kimi şirkətlər Tumanyanın kompaniyasının alıcıları olmuşlar. Aşkarlanmış çoxsaylı korrupsiya faktları və milyonlarla dolları mənimsəmə üzrə cinayət işi irəli sürüldü, lakin anlaşılmaz şəkildə Tumanyan məsuliyyətdən yayına bildi, yerevanlı həmkarlarımın dediyi kimi, o pulla canını qurtardı.

Lakin Ermənistanda hakimiyyətə gələn Qarabağdan olan köçkünlər qətiyyən Tumanyanı unutmamışdılar. 2014-cü ilin sonunda Ermənistanda prezidentinin administrasiyasının keçmiş rəhbəri, Serj Sarqsyanın yaxın ətrafı ilə görüşmüşdür. Ermənistanın İrandakı keçmiş səfiri öz vəzifəsini öhdəsindən gələ bilmirdi. Həmin vaxt Sarqsyan Tumanyanın İranda nəinki siyasətçilərlə, həm də biznesmenlərlə geniş əlaqələrə malik olduğunu xatırladı. Beləliklə, 17 fevral 2015-ci ildə Artaşes Tumanyan Ermənistanın İranda səfiri oldu.

Budur belə cinayətkar keçmiş olan səfiri, Ermənistan İrana göstərir. Bu rəsmi Yerevan tərəfindən İrana olan real münasibətin göstəricisidir, harda ki, mənəvi və etik əxlaq normaları cənab Tumanyanın kriminal bacarığı ilə müqayisədə heç nədir. Yaxşı əgər o islah olunsaydı, unutsaydı, keçmiş həyatına qayıtsaydı onu başa düşmək olardı. Amma yox – o fırıldaqçılığını davam etdirir. Lakin o bu dəfə öz fırıldaqçı istedadını İrana münasibətdə tətbiq edir. Məgər qarabağ separatçılarını Tehrandakı erməni oyunlarına dəvət edəndə o başa düşə bilmirdi ki, belə məsələlərdən çox da başı çıxamayan iran hakimiyyətini təhlükə altında qoyur, Bakı ilə diplomatik qalmaqala təhrik edir. İnanmaq istəyirəm ki, Azərbaycanın kəskin reaksiyasında sonra İran XİN Ermənistanın səfirini arzuolunmaz şəxs elan edəcək və Yerevanın qarşısında ciddi şərt qoysun – bir daha separatçıları bu iyrənc oyunlara qatmasın.

 

Həsən Əliyev

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN