İran adlanan dövlətin xarici siyasət kursunda Azərbaycan Respublikasına münasibəti va israil-Azərbaycan əlaqələrinə yalan mövqeyi

İran adlanan dövlətin xarici siyasət kursunda Azərbaycan Respublikasına münasibəti va israil-Azərbaycan əlaqələrinə yalan mövqeyi

 

İran adlanan dövlətdə Həsən Ruhani prezident seçildikdən sonra oz inaqurasiya (andiçmə) çıxışında bəyan etmişdir ki, yaxın qonşularla münasibətlərə yenidən baxmaq, həmçinin ölkəni beynəlxalq təcriddən çıxarmaq onun fəaliyyətinin əsas prioritetlərindan biri olacaqdır. O, Əhmədinejatın administrasiyasından ona miras qalan sərtlikləri yumşaltmağa başladı va artıq Azərbaycan Respublikasının prezidenti ilham Əliyev ilə bir neçə dəfə görüşləri olmuşdur. Ruhani başa düşür ki, heç nəyə baxmayaraq Azərbaycan milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür, ona mane olmaq rəsmi Bakınə özünə qarşı çevirməyə gətirib çixara bilər. İranda ən çox qəzəb yaradan, Azərbaycanın İsrail dövləti iəa daha six hərbi-siyasi əlaqələri, eləcə də, ABŞ ilə iqtisadi əlaqələri inkişaf etdirməsi va strateji müttəfiqə çevirilməsidir. Lakin hazirki Ruhaninin rəhbəri oldugu administrasiya əvvəlki illərin yanlış praktikasından imtina edir va İsraillə əlaqələrinə baxmayaraq, Azərbaycanla münasibətləri yenidən qurmaq va inkişaf etdirmək fikrindədir. Ruhani Azarbaycanın regionda geopolitik və iqtisadi çəkisini anlayir va onunla əməkdaşlığı, münaqişə etməkdan üstün tutur. İranda bu cur siyasətin tərəfdarı daha çoxdur. Bəli, bu mənada İran cəmiyyəti qonşuları ilə ayrı cəhbədə olmaqdan yorulublar, onlar bütün dünya ilə münasibətləri normallaşdırmağı arzulayırlar, eləcə də ABŞ ilə. Eyni zamanda unutmaq olmaz ki, İran adlanan dövlətdə 30 milyona yaxən güney azərbaycanlı yaşayır. Guneylilar Q.Nejatın zamanı Tehranın Bakı ilə qarşıdurma siyasətini qəbul etmirdilər. Tehranın Bakını “yerinı otuzdurmaq”, onu İranın qaydaları ilə hərəkət etməsinə yönəlmiş əvvəlki bütün cəhdləri, ölkə əhalisinin əksəriyyətini təşkil edən güney azərbaycanlıların narazılıgı ilə uzləşirdi. Bu faktoru İran hakimiyyəti nəzərə almaya bilməz. Həmçinin güney azərbaycanlılar ona qarşı etiraz edirdilır ki, Azərbaycanın müstəqilliyinin pik həddində, İran Ermənistana böyük siyasi və iqtisadi yardımlar göstərdi va hazırda da göstərir. Hamının anladığı kimi, əgər İranin bu yardımları olmasaydı, Ermənistan Azərbaycanın iptal olunmuş ərazilərinin qaytarılmasi məsələsində daha çox üzüyola olacaq va razılıq əldə olunacaqdı. Təsadüfi deyil ki, İİR-in Qarabağ savaşında ER-a kömək etməyi ilə bağlı ER-in sabiq prezidenti Levon Ter-Petrosyan demişdir: “İran olmasa bizim qələbəmizdə olmazdı. İran sayəsində biz çətin vəziyyətdən çıxa bildik. Rusiya bizim silahımızı, İran isə çörəyimizi verdi“. İranin ali dini lideri də öz çıxışlarının birində bildirmişdir ”Qarabağ savaşında biz Ermənistana kömək etməsəydik növbəti hədəf Tabriz olacaqdı”. Ali dini liderin bu çıxışından da görünür ki, onlar Təbrizin geci-tezi öz sahibinə qayıdacağını bilir va buna mane olmaq üçün hətta dini qaydalara zidd olaraq xristianlarla işbirliyinə və çirkin oyunlara gedir (hansı ki özünü islam dovləti adlandırır). Lakin hazirki Tehran administrasiyasi Qarabag Münaqişəsinin hərb variantı ilə həllinə qarşıdır, çünki bu İranın sərhədində təhlükəsizliyə və stabilliyə təhdiddir, buna baxmayaraq Tehranda başa düşürlər ki, hazırki status-kvo səmərəli deyil, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

 

2016-cı ilin avqust ayında ilk dəfə 3 ölkənin – Azərbaycan, İran va Rusiyanın dövlət başçılarının geniş formatda görüşü keçirildi. 3 qonşu ölkə liderləri aktual məsələlər – beynəlxalq va regional siyasət, Suriyadakə vəziyyət, Xəzərin statusu, Bakə, Moskva və Tehranın maraqları eyni olan digər məsələlər (Əsədin qanuni hakimiyyətinin dəstəklənməsinin vacibliyinin anlaşilması, İŞİD-ə qarşı mübarizə və s.) və əlbəttə Qarabağ probleminin həlli barədə müzakirələr apardılar. Müzakirələrdə əsas məsələ, mehriban qonşuluğun vacibliyinin başa düşülməsi idi.

 

İran ruhaniləri liderləri, güc təsisatlarının rəhbərləri, Məclisin deputatları, hökumət üzvləri, ən başlıcası - İran cəmiyyəti - ondan ümidvardır ki, Tehran Bakı ilə etibarlı münasibətləri qaydaya salacaq, hansı ki, bu münasibətlər fars rejiminin səhv siyasəti nəticəsində ciddi sınaqlara məruz qalmışdır.

 

İran İslam Respublikasının ali rəhbərliyi, hakimiyyəti, parlamenti son dərəcə narahatlıqla Azərbaycan-İsrail münasibətlərini izləyirlər. Doğrudur, 2016-cı ildə Israilin baş naziri Benyamin Netanyahunun Bakıya səfərinə və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə öz narazılığını açıq şəkildə canfəşanlıqla göstərmədi. Lakin bu o anlama gəlmir ki, Netanyahunun Bakıya səfəri Tehran hakimiyyətini gərginləşməyə vadar etməmiş oldu. Və görünür bu barədə Azərbaycanda yaxşı xəbərdardırlar. Əlbəttə Azərbaycanın İrana düşmən olan va İranın məhvini istəyən İsraillə əlaqələrini inkişaf etdirməsi qarşılığında Tehranın narahatlığı başa düşüləndir. Iran generaliteti səhvən ehtimal edir ki, Azərbaycan öz ərazisini amerikanlara və israillilərə İrana harbi zərbələr endirmək üçün verə bilər. Iran hakimiyyatinə birdəfəlik özü üçün aydinlaşdırmaq lazımdır ki, Azərbaycan və İsrail əməkdaşlığının çətin ki Tehranla necəsə əlaqasi olsun. Nə qədər ki, Azərbaycan əraziləri Ermənistanın işğalı altındadı, Azərbaycan hakimiyyəti böyük büdcəsi hesabına öz hərbi potensialını gücləndirməyə çalışacaq. İran burada Azərbaycana heç nə təklif edə bilmir. Rəsmi Tehran AR dövlətini ittiham edincə hərbi əməkdaşlığa dair daha yaxşı təklif irəli sürsün. Müharibə şəraitində olan müsəlman qardaşlarına qarşı ən azı insanlıq borcunu yerinı yetirsin. Bundan sonra nəsə ittiham irəli sürə bilsin. Buna görə, Bakı öz nəzərini İsrailə yönəldir, hansı ki, 5 milyard dollarlıq hərbi müqavilə bağlamışdır. Bu o mənaya gəlmir ki, Azərbaycan İsraillə İran əleyhinə dostluq edir. Ayrıca olaraq ötən il Bakı bir daha sübut etdi ki, özünə rəva bilmir üçüncü ölkə ilə münaqişərə girməyə və İsrailin İrana qarşı kəşfiyyat aparmağında öz ərazisini plastarma çevirmir. Digər tərəfdən Tehran öz siyasətində ikili standartlar yürütməklə diqqəti öz üzərinə çəkir. Buna misal 2015-ci ildə digər qonşumuz Turkiyə İsraillə münasibəti fəal inkişaf etdirdi. Buna gora Tehranda hiddətləndilər, buna baxmayaraq Ankaraya kiminlə dostluq etməsinə göstəriş verməmək baxımından bu barədə ucadan danışmağı üstün tutmadılar. Necə olur ki, Türkiyə ilə bağlı bir şey olduqda susaraq dişlərini qıcıyırdılar, Azərbaycana isə müntəzəm və kütləvi qəzəb göstərirlər? Bu münasibətd həmçinin başa düşmək lazımdır ki, Tehran heç vaxt öz milli və dövlət maraqlarını unutmur. Belə nümunə, İran Ermənistanla münasibətini fəal olaraq inkişaf etdirir, hansı ki, Azərbaycanla müharibə vəziyyətindədir, qardaş dövlətin ərazisini işğal edib. Və bu Bakını təlaşa sövq edir, lakin orada hesab edirlər ki, İran-Erməni münasibətlərinə mane olmaq qeyri-etikdir. Bəli bu münasibətlər Azərbaycanın xoşuna gəlmir, lakin bu o anlama gəlmir ki, AR İsraillə münasibətlərini İranin acığına inkişaf etdirir.

 

Hər bir dövlətin öz maraqları var, lakin bu hüquq vermir ki, digər dövləti öz qaydalarınla oynamağa diqtə edəsən.

Həsən Əliyev


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN