İran-Hindistan münasibətləri-2

İran-Hindistan münasibətləri-2
Soyuq müharibənin qurtarması və SSRİ-nin dağılması ilə birlikdə İran-Hindistan münasibətlərində ikinci mərhələ başladı. 1990-cı illəri əhatə edən bu dövrün əsas xüsusiyyəti iki ölkə arasında əməkdaşlıq mövzularının daha cox önəm qazanması olub. İran-Hindistan münasibətlərinin bu dövrdəki ən mühüm məsələləri Orta Asiya, Əfqanıstan və Pakistanda sabitlik, enerji təhcizatının təhlükəsizliyi, Vahabi və Sünni ekstremizminə qarşı ortaq mübarizə və son olaraq da iqtisadi əməkdaşlığın genişləndirilərək davam etdirilməsi olub.[1] Bu dövr iki ölkə arasında Hindistan baş nazirləri Narasimha Raonun (1993) və Atal Bihar Vajpayeenin (2001 aprel) və İran prezidenti  Əli Əkbər Haşimi Rəfsancaninin səfərləri və bu səfərlər sırasında imzalanan müxtəlif istiqamətli mühüm müqavilələrlə yadda qalıb.[2] İran-Hindistan münasibətlərindəki strateji xarakterli əməkdaşlıq prosesinin başladığı bu mərhələnin bir digər xarakterik xüsusiyyəti ABŞ, Israil, Pakistan və Çinin bundan hiss etdiyi narahatçılığın güclənməsidir.[3]                  11 sentyabr 2001-ci il tarixində ABŞ-dakı terror aksiyası və bu hadisənin beynəlxalq sistemə təsiri özünü İran-Hindistan münasibətlərində üçüncü bir mərhələ başlaması şəklində göstərdi. 11 Sentyabr sonrası başlayan terrorizmlə mübarizə ABŞ-Hindistan və  Hindistan-İsrail və ABŞ-Hindistan-Israil üçlü əməkdaşlığının güclənməsinə səbəb oldu. Bu vəziyyət İran-Hindistan münasibətlərinin inkişafına mənfi təsir göstərən amil kimi aktuallaşdı. Ancaq iki ölkə eyni zamanda Əfqanıstan mövzusunda əməkdaşlıq imkanı qazandı. İkincisi, Iraq müharibəsi ABŞ hegemonik cəhdləri eleyhinə birlikdə hərəkət etmə imkanı verməkdəydi. Üçücüsü, İran və Hindistan terrorizmlə mübarizəni Sünnü terror qrupları ilə mübarizə şəklində qəbul edərək əməkdaşlıq etməyə başladılar. Bu çərçivədə getdikcə güclənən İran-Hindistan münasibətləri Prezident Məhəmməd Hatəminin 2003-cü ilin yanvarındakı Yeni Delhi səfəri  ilə çoxcəhətli srateji əməkdaşlıq xarakteri qazandı. Səfər sırasında iki ölkə münasibətlərinin strateji çərçivəsini müəyyənləşdirən “Yeni Delhi Bəyannaməsi” ilə yanaşı siyasi, iqtsiadi, hərbi və mədəni əməkdaşlığı gücləndirən yeddi sənəd imzalandı.[4] Hazırda inkişaf edən Iran-Hindistan münasibətlərində nüvə proqramı, enerji əməkdaşlığı, hərbi-texniki əlaqələr və Əfqanıstan məsələsi xüsusi önəmə malikdir. Hindistan İranın nüvə silahına malik olmasını istəməsə də, bu problemdə tərəfsiz qalaraq ABŞ və Iranla münasibətlərdə tarazlığı qorumaya çalışmaqdadır. Ancaq Hindistan ABŞ amili və xüsusilə ABŞ-Hindistan nüvə əməkdaşlığının həyata keçməsi üçün 2005-ci ilin sentyabrında BAEA-də, 2006-cı ilin fevralında isə BMT-də İran əleyhinə səs vermişdir.[5] İran ilə Hindistan arasında enerji sahəsində əməkdaşlıq İranın Hindistanın enerji ehtiyaclarını təmin etməsi şəklində özünü göstərməkdədir. İki ölkə arasında imzalanan 22 milyard dollarlıq müqaviləyə görə İran Hindistana 20 il  boyunca illik 5 milyon kub metr qaz satacaq.[6] İran-Pakistan-Hindistan qaz kəməri lahiyəsi də iki ölkə arasında enerji əməkdaşlığının bir digər mühüm cəhətini təşkil etməkdədir.[7]   İki ölkə arasında hərbi-texniki münasibətlərin tarixi 1983-cü ildə qurulan “Hindistan-İran Ortaq Komissiyası” ilə başlamaqdadır.[8] Ancaq Hindistanın İraq müharibəsində İrana hərbi dəstək verdiyinə dair bilgilərə rastlanmamaqdadır. İki ölkə arasında ilk praktiki hərbi əməkdaşlıq 1993-cü ildə Hindistanın İranın Rusiyadan aldığı 3 ədəd Kilo-klass model sualtı gəminin silah sisteminin təkmillləşdirməsi olub.[9]  2001-ci ilin martında Hindistan Müdafiə Naziri Yogendra Narain İranlı həmkarı Əli Şamxani ilə görüşərək əməkdaşlıq perspekivlərini müzakirə edib.[10] İki ölkə arasında hərbi əməkdaşlıq 2003-cü ildəki “Yeni Delhi Bəyannaməsi” ilə yeni bir impuls qazanıb.[11] Mart 2003 və mart 2006-cı illərdə ortaq dəniz təlimləri ilə müşayət olunan bu əməkdaşlığın Pakistanla müharibə halında Hindistana hərbi baza təmin etmə fürsəti verdiyi iddia edilməkdədir.[12] Hindistan eyni zamanda İranlı hərbçilərə təlim keçməkdə və başta Mig- 29 hərbi təyyarələri olmaq üzrə müxtəlif köhnəlmiş sovet silahlarının yenilənməsinə dəstək verməkdədir.[13] İran-Hindistran münasibətlərindəki əməkdaşlıqda mühüm mövzulardan biri isə Əfqanıstan məsələsidir. Daha əvvəl də qeyd etdiyimiz kimi, iki ölkə SSRİ-nin Əfqanıstanı işğalı əleyhinə çıxıb. Sovet işğalı sonrası bölgəyə marağı güclənən İran və Hindistan xüsusən 1996-cı ildə Pakistanın dəstəklədiyi Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ilə ortaq hərəkət etməyə başlayıb. Hər iki ölkə 1996-2001 arasında Talibana qarşı “Şimal İttifaqını” silah və pul verərək dəstəkləyib.[14] 11 Sentyabr sonrası Talibanın devrilməsini  hədəfələyən ABŞ hərbi əməliyyatlarını dəstəkləyən İran və Hindistan, Əfqanıstanın sabitlik əldə etməsi və Taliban və Əl-Qaidənin güclənməməsi üçün ABŞ dəstəkli Həmid Karzai hökümətinə iqtisadi ve texniki yardım etməkdədirlər.[15] Nəticədə, İran-Hindistan problemli bir tarixi olmasına baxmayaraq, mövcud   qlobal və bölgə tarazlığı baxımından və xüsusən enerji amili səbəbilə güclənən əməkdaşlıq trendinə malikdir.                                [1] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.10. [2] Fair, “Indo-Iranian Ties: Thicker Than Oil”, s.43. [3] Bu barədə baxınız: C. Raja Mohan, “India’s Quest for Continuity in the Face of Change”, The Washington Quarterly, Cild 31, Sayı 4, Payız 2008, ss.143–153; S. Paul Kapur və Sumit Ganguly, “The Transformation of U.S.-India Relations: An Explanation for the Rapprochement and Prospects for the Future”, Asian Survey, Cild XLVII (47), Sayı 4, İyul-Avqust 2007, ss.642-656; Harsh V. Pant, “A Fine Balance: India Walks a Tightrope between Iran and the United States”, Orbis, Yay 2007, ss.495-509; Mahin Karim, “Limitations for the Strategic Partnership—India from the Transatlantic Perspective”, http://www.cap.lmu.de/download/2006/2006_Karim.pdf (15 Sentyabr 2010) ss.1-5; The “Strartegic Partnership” Between India And Iran, Woodrow Wilson International Center’s Asia Program Special Report, Sayı 120, Aprel 2004 içində Sunil Dagupta, “Pakistan Responds to New Ties Between India and Iran”, ss.20-26;   P.R. Kumaraswamy, “Indo-Iranian Ties: The Israel Dimension”, ss.27-31;  Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, ss.12-14. [4] Jalil Roshandel, “The Overdue 'Stategic'  Partnership Between Iran and India”, The “Strartegic Partnership” Between India And Iran, Woodrow Wilson International Center’s Asia Program Special Report, Sayı 120, Aprel 2004, s.18 və  C.Christine Fair, “India and Iran: New Delhi’s Balancing Act”, The  Washington Quarterly, Cild 30, Sayı 3, Yay 2007, ss.145-159.  [5] Harsh V. Pant, “A Fine Balance: India Walks a Tightrope between Iran and the United States”, s.501-502; Fair, “India and Iran: New Delhi’s Balancing Act”, s.146-147; Alan Kronstadtn və Kenneth Katzman, India-Iran Relations and U.S. Interests, CRS Report for Congress, Congressional Research Service, 2 Avqust 2006,  s.3-4. [6] Vakil, “Iran: Balancing East aganist West”, s.60. [7] Alan Kronstadtn və Kenneth Katzman, India-Iran Relations and U.S. Interests, s.3-4. [8] Fair, “Indo-Iranian Ties: Thicker Than Oil”, s.46. [9] Alan Kronstadtn və Kenneth Katzman, India-Iran Relations and U.S. Interests, s.5. [10] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.10 [11] Fair, “India and Iran: New Delhi’s Balancing Act”, s. 151. [12]Rizwan Zeb, “The Emerging Indo-Iranian Strategic Alliance and Pakistan”, CACI Analyst, 2 Dekabr 2003, http://www.cacianalyst.org/?q=node/902 , 17 Sentyabr 2010. [13] Fair, “İndo-İranian Relations: Prospects for Bilateral Cooperation Post-9-11”, s.10 [14] Pant, “A Fine Balance: India Walks a Tightrope between Iran and the United States”, s.498-499. [15] Alan Kronstadtn və Kenneth Katzman, India-Iran Relations and U.S. Interests, s.5. Dr. Nazim Cəfərsoy, GünAzTv ekspert qrupunun üzvü N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN