Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)

Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)

Bu yazını sunuram duyğular duyğusuna,ki şər və pisliklərlə dolu düşüncələrə tuş gəlir ancaq tanrılaşan ruhlarla qorunur.

 

 

Özət:

 

Mifik dünya görüşü hər millətdə olduğu kimi, türk mifik inanclarında isə gök dünyası(ülgən),tanrı ilə orta dünya və insanlar arasında ilgi saxlayan yumişçilər və mələklər var idi, ki hər canlı və cansız arasında özünə özəl bir yer ayırıb, bu arada sevgi və gözəllik tanrısı ayzit və ya duyğu özəl bir önəmə sahib idi.

 

A. V. Anoxinin yazdğına görə, Altay türkləri inanırdılar ki, ən böyük Göy Tanrının xidmətində elçilik vəzifəsini icra edən yardımçı ruhlar (yumuşçilər) var. Şaman göyə meracı zamanı Ülgenin qatına birbaşa yüksəlmək iqtidarnda deyil.. Tanrı göy gəzintisində şamana yardımçı olmaq üçün ruhlar (yumuşçilər) göndərir. Bunlar Yayık, Suyla və Qarlıqdır. Bunlardan birincisi insanlar arasında yaşayır, onları pis varlıqlardan qoruyur , Ülgenlə insanlar arasında vasitəçilik edir. Şaman qurbanı Ülgenə yalnız onun müşayiəti ilə aparır.

 

 

Bu məqalədə gücümüz yetdigi qədər bu qonu haqda danışmaq istədik. əlimizdəki məqalədə ulu alimlərə, bitikxana və keçmişlə bağlı qoca atalarımızın danışıqlarına istinad etmişik. Ki işimizin məqsədi mifik ibtifayi toplusudur.

 

 

Giriş:

 

 

Dünyagörüşü çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit və varsa, dunyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. İnsanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər.

 

Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o gədər onların dünyagörüşü əsaslı təməllərərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər.

 

 

Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da dünyanın duyulması və anlaşılması prosesi baş verir.

 

Bununla belə, dünyagörüşü durğunluqda qalmır, dəyişkən olur. Burada həyat boyu olan şübhələr böyük rol oynayır.Öncə aydın olan hər bir şey, zaman keçdikcə şübhə altına düşə bilər və bu normal prosesdir. Bunu etiraf edib dəyişən insanlar şübhələrə cavab axtarıb irəliləyirlər. Şübhələri boğanlar isə irəlləyişi əldə etməyərək ehkamlarda qalırlar.

 

 

Dünyagörüşü həyatın təcrübəsi və çalışmalarla əldə olunan biliklər üzərində qurulur. Əski dönəmlərdən bəri sağlam düşüncəyə və gündəlik təcrübəyə arxalanan baxışlar toplusu olmuşdur. Buna "həyat fəlsəfəsi" deyilir. Böyük kütlələri bürüyən "həyat fəlsəfəsinin" vacib olsa belə, o sistemsiz, qarışıq olaraq ortalığa çıxır. O nəzəri təməllərə arxalanmır. Buna görə də burada məntiqsizlik, emosiyalar yer alır. Bu səbəblə kütlələr arasında yanlışlığa gətirən baxışlar da yayılır. Bundan başqa, kütlələr arasında hər bir təcrübə sonda ehkamlaşa, adət halını ala da bilər. Bu da yüzilliklər boyu əsatirlərin yaranmasına gətirmişdir. Bu səbəblərdən də "həyat fəlsəfəsi" qlobal problemlərin çözülməsində yetərsiz olur. Qlobal problemlər yalnız nəzəriyyələrə arxalanaraq çözülə bilərlər. Bunun üzərində qurulmuş dünyagörüşü artıq elmə, nəzəri sistemlərə arxalanır. Dünyagörüşünün üç çeşidi vardır. Bunlar mifoloji, dini və fəlsəfidir. Mifoloji dünyagörüşü ictimai inkişafın ilkin mərhələsidir, dünyanı anlama üsuludur, ictimai düşüncəsinin formasıdır. Mifologiya əski toplumların əfsanə və əsatirlərini içəriləyir. Orada tanrılardan, igidlərdən və başqa əfsanəvi personajlardan söhbət açılır. Ancaq bu əsatirlərdə, artıq dünya yükümlü problemlərə cavablar vermək cəhdləri də yer almışdır.

 

Mifologiyanın özəlliyi dünya ilə insanın, düşüncə ilə emosiyal arın, biliklə təzahürlərin, obyektlə subyektin fərqlərinə varılmamasındadır.

 

 

Əsatirlər ibtidai düşüncədən doğur. Onlar əski çağlarda millətlərin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdırlar. Əsatirlərin vasitəsi ilə çeşidli xalqların mənəviyyatı və mədəniyyəti formalaşmışdır, dəyərlər sistemi yaranmışdır. Onlar incəsənətin, poeziyanın, musiqinin inkişafında böyük rol oynamışdırlar.

 

Dini düşüncə də insanların dünyagörüşünü formalaşdırır. Dini dünyagörüşün özəlliyi bütün varlığın "dünyəvi" və "səmavi" müstəvilərə bölməsindədir. Burada "səmaviliyin" rolu daha çoxdur. Bütün dinlərin təməlində bir Tanrıya ya da çox tanrılara və başqa güclərə inancdır. Onlar insanın və bütün varlığın işlərinə qarışır, onları idarə edirlər, qanunlar qoyurlar. Dini dünyagörüşündə olan insanın bütün həyatı, düşüncələri, davranışları inancdan irəli gəlir. Burada analitik, tənqidi yanaşma olmur, ya da çox az olur.

 

 

Mifoloji və dini dünyagörüşlərindən fərqli olaraq, fəlsəfi dünyagörüşü daha çox düşüncəyə, intellektual fəaliyyətə, təhlilə arxalanan baxışlar sistemidir. Fəlsəfi dünyagörüşü gerçək müşahidələrə, məntiqi təhlilə dayanıb fantaziyaları, xəyalları, mövhumatı sıxışdırıb ortalıqdan çıxarır. Xalqın arasında yayılmış əsatirlərə belə yeni rasional və düşünülmüş don geyindirir, oturaqlaşmış ənənələrə yeni nəfəs verir. Məqsəd isə hər şeyin kökünə varıb, onu olduğu kimi anlamaqdır.

 

Beləliklə, fəlsəfi dünyagörüşü ən yetkin, doğruluğu olduğu kimi açan baxışlar toplusu kimi dəyərləndirilməkdədir.

 

 

Mifologiya:

 

Mif təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunmasıdır. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır.

 

 

Xüsusiyyətləri:

 

Miflər daha çox bəşəriyyətin "uşaqlıq dövründə" yaranmışdır. Mif inkişaf etmiş, mərhələlər keşmiş, ən əski fəlsəfənin predmeti onunla şərtlənmişdir. Bədii yaradıcılıqda mif motivlərdən tez- tez istifadə olunmuşdur.

 

 

A.F.Losev mifoloji düşüncənin aşağıdakı başlıca xüsusiyyətlərini müəyyənləşdirmişdir: «Mif ümumi ideya ilə ən adi hissi obrazın birbaşa maddi eyniyyətidir. Mücərrəd təfəkkürün yalnız gerçəkliyi əks etdirən hər cür düzümü mifologiya üçün bütün hissi keyfiyyətləri ilə, canlı varlıqlar, yaxud cansız əşyalar şəklində, gerçəkliyin özüdür ».

 

Demək olar ki, bütün xalqların mifləri tipoloji baxımdan eyni silsilələrin mövcudluğu ilə səciyyələnir:

 

 

1. Kosmoqonik (kosmolojo) miflər.

2. Entoqonik miflər.

3. Təqvim mifləri.

 

Hər hansı bir mifoloji sistemə daxil olan bütün sujetlər, inanışlar, tapınışlar (kult), ayinlər, mərasimlər və başqaları bu üç silsilədən kənar çıxmır . Obyekt və subyekt mənalı ilk ictimai söz-adlar ilk bədii obrazdır və ilk mifdir. Yağış, külək, dəniz, torpaq, ağac, əcdad ata, ölüm, savaş, ov və s. ilk belə söz-miflər idi.

 

 

Ayzit və duyğu :

 

Türk- Altay mifologiyasında Gözəllik tanrıçası ayzit adlanır və duyğu ilə bir anlamda olduğu üçün duyğu isə xətab olunur. düy və dügünlə ürək bağlantısın yetirir. Ayqız,Ayığsıt (Ayıhıt veya Ayısat) və umay xanım da deyilir. Sevgi və gözəlligin simg class="img-responsive"əsidir.ki umay,may ana ilə hər zaman birgə yerə enmişlər. Beləliklə bir çox türk millətlərində may ana isə adlanır.

 

 

Ayzıt gümüş tüklü bir qısraq(dişi at) biçiminə bürünüb və gökdən yer üzünə bu şəkildə enər. Qısraq qılığındaykən quyruğundan qanad dək qullanır

 

Ormanlarda dolaşmağı sevər.uşaqları qoruyur və İnsanlara sevgi ilham edər. Mirəli Sеyidоv Murad Uraza istinadən məlumat vеrir ki, əski qam-şaman mifik inamlarına görə, göydə süd gölü vardır və gözəllik ilahəsi Ayzıt bu göldən bir damcı su və süd gətirib uşağın ağzına tökür.

 

 

Sarayının önündə isə əllərində gümüş boyalı qamçılı gözətçiləri vardır. Bu yasaqçılar kötü insanları içəriyə almazlar. Ayzıt’ın və ya umayın altaylarca duyğunun qızları vardır. Sümerlərdə Ay Tanrıçası olan, ayzıt,duqay,duyqay,umay, Ay'a da ışıq saçmaqdadır ve adınında bu anlamla bağlantısı var. Sevgi hər zaman ışıq la və parlaqlıqla simg class="img-responsive"ələnməkdədir. “eşq atəşi gözlərimi kor etdi” ifadəsi bunun ən bəlirgin anlaşımıdır.

 

 

Sözün kökü:

 

 

Ayzıt,umay,duqay,duay,tuay,duyqay,(Ay) kökündən türənibdir. Ay kimi parlaq deməkdir. Ay gözəllgi ve ışığı, nuru simgələyir.

 

 

 

Qaynaqlar:

1. Aydın Əlizadə, "Fəlsəfə dünya görüşü"

2. "Etnoqonik miflər", Bəxtiyar Tuncay

3. "Mif katagorisi", Dəniz Qaraqurd

4. "Mifik tədqiqat evi dərgisi", seçilmiş əsərlər, Anar Rzayev

 

 

Müəllif: Kiyumərs İslami

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN