Molla inancında müsəlmansız islam ideoloji konsepsiyası- Araşdırma

Molla inancında müsəlmansız islam ideoloji konsepsiyası- Araşdırma

GünAz TV: Məhəmməd peyğəmbər buyurur: "İslam Allahdan başqa ibadətə layiq heç bir tanrının olmadığına, eləcə də Məhəmmədin onun qulu və elçisi olduğuna şəhadət gətirməyi istəyən dindir. Bundan başqa, müsəlman gərək namaz qılsın, ramazan ayında oruc tutsun, zəkat versin və imkanı olduğu təqdirdə, Kəbəni ziyarət etsin."

 

İslamın ana prinsiplərinə əsasən, müsəlman kəlmeyi-şəhadət gətirən, namaz qılan, zəkat verən, oruc tutuan və həccə gedən şəxslər hesab olunur.

 

Məscid sözü isə ərəb dilində "əyilmək, təvazökarlıqdan alnını yerə qoymaq" mənasına gələn kəlimədən törəyib, "səcdə edilən yer" anlamını ifadə edir. Beləliklə, məscid sözü namaz qılınan məkana verilən addır. Məhəmməd peyğəmbər dinin dirəyinin namaz olduğunu bəyan edib. Namazın şərtlərindən biri olan səcdə isə bəndənin Allaha ən yaxın olduğu vaxtdır.

 

Yuxarıdakı dini bilgiləri sadalamağımızın məqsədi İranın "Ayətullah" dini titullu, sözdə müsəlman olan "rəhbəri" Əli Xamneyinin dini qaydaları ürəyi istəyən kimi yorumlamasıdır. Biri niye sualını versə, cavab olaraq yalnız 1 nümunəni göstərmək kifayətdir. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin millətinin islam inancına görə kafir hesab edilən 1 dinin davamçıları tərəfindən soyqrıma uğrasılaraq öz ata-baba yurdlarında didərgin salınması özünü müsəlman sayan hər bir kəsin vicdanını sızlatmalıdır. Söhbət hazırda kafirlərin əlində olan Dağlıq Qarabağdan gedir. Lakin dünya müsəlmanlarının qoruyucusu olduğunu iddia edən dövlət (İran-red.) kafirlərin işğalda saxladığı Azərbaycan torpaqlarında qondarma "Dağlıq Qarabağ Respublikasının İqtisadiyyat Nazirliyi"nin sifarişi ilə, icazəsiz olaraq məscidi bərpa edib, öz adına çıxır. Bu, İranın "Part Saman Jahan co" şirkəti tərəfindən Azərbaycanın işğalda olan, Şuşa şəhərində yerləşən Gövhər Ağa məscididir.

 

Ola bilər ki, bəziləri düşünsün ki, məscidin bərpa edilməsi gözəl addımdır. Lakin əsas məsələ ondan ibarətdir ki, İran ilkin olaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən məscidi Azərbaycandan icazə almadan yenidən qurur. Bunu işğalçı Ermənistan rejimi ilə əməkdaşlıq çərçivəsində həyata keçirir. O rejim ki, Dağlıq Qarabağda yerləşən məscidləri donuz və mal-qara tövləsinə çevirir. Və nəhayət təmirdən sonra İran bu məscidləri özünün "tarixi məscidləri" kimi qələmə verir. Müsəlmanların hamisi olduğunu iddia edən İran və onun "dini lider"i Əli Xamneyi qarabağlı müsəlmanların öz torpaqlarına qayıtmasına çalışmaq əvəzinə, bu torpaqların uzun illər işğal altında qalmasının davam etməsi üçün var gücləri ilə çalışırlar. Bizim ölkədə isə onlara uyanların ağıllarında bir sual yatmalıdır: "Müsəlmansız islam necə ola bilər?"

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN