Rusiya və Ermənistan Qarabagda işgalçıdır, Qərb və Amerika bu işgalın dəstəkləyicisi

Rusiya və Ermənistan Qarabagda işgalçıdır, Qərb və Amerika bu işgalın dəstəkləyicisi
 MSDM-nin “Qarabag problemi:2015. Xarici siyasətimiz və milli maraqlarımız” mövzusunda keçirdiyi konfransda etdiyim çıxış birmənalı qarşılanmadı. Çıxışımda Qarabagla baglı yeridilən siyasətdə Azərbaycanın buraxdıgı səhvlərdən danışdım və Qərbin ikili standartlar siyasətini tənqid etdim. Anti qərbçi oldugumu bəyan etdim. Və təbii ki, səsləndirdiyim fikirlərə, Anti qərbçi tezislərə görə tənqidlərə məruz qaldım. Tənqidlərin, iradların  içində qəbul etdiyim də var idi, etmədiyim də. Lakin bütün bunlarla bərabər,  məqsədimiz Azərbaycanın xarici siyasətində son dövrlər yaşanan gərginliklərlə baglı fikir mübadiləsi aparmaq, MSDM də siyasi diskussiyaları başlatmaqla seçki qabagı platformalarda Azərbaycanın gələcəyi ilə baglı son illərdə formalaşmış ənənəvi baxışların dəyişməsinə,fərqli və  alternativ siyasi konseptlərin əks olunmasına, beləliklə siyasi fikir tariximizin zənginləşməsinə çalışmaqdır qayəmiz.  Çıxışım zamanı səsləndirdiyim tezisləri  oxucularla da paylaşmaq istədim. Bunda məqsədim MSDM-də bundan sonra çıxış edəcək şəxslərin çıxışlarını cəmiyyətə təqdim etmələrini və siysi diskussiyalrın genişlənməsinə nail olmaqdır. Rusiya və Ermənistan Qarabagda işgalçıdır, Qərb və ABŞ   bu işgalın dəstəkləyicisi. Qarabagın işgaldan azad edilmə  siyasətində Azərbaycanın buraxdıgı səhvlər. Fikrimcə Azərbaycan  yalnız  Ermənistanla müharibədə yox,  həm də müharibənin nəticələrinin aradan qaldırılması yönümündə aparılan beynəlxalq danışıqlarda  məglub olmuşdur. Beləki, biz  beynəlxalq diplomatik danışıqlarda problemin qoyuluş fəlsəfəsində və təqdim edilmə formatında məglub olmuşuq. Problemin qoyuluş fəlsəfəsində səhvlərimiz.  Məlumdur ki, indiyə qədər ATƏT- in Minsk qrupunun fəaliyyətində daim Qarabaga hər hansı “statusun” verilməsindən danışılmışdır. Təklif olunan bütün sənədlərdə və proqramlarda  “Qarabagın statusu” müzakirə obyekti olmuşdur.  Azərbaycan televiziyalarında, medyada, diplomatik nümayəndələrin, palitoloqların dilində də  tez- tez eşidirik “Qarabag konflikti”. Fikrimcə bu ifadə işlədilməməlidir.Biz səhv edirik, bu yolverilməzdir. “Qarabag Konflikti” dedikdə iki məsələdə səhv edirik. Birincisi bu deyimdə Qarabag müstəqil siyasi subyekt kimi göstərilir, halbuki Qarabag unitar Azərbaycanın tərkib hissəsidir. ikincisi “Qarabag konflikti” yoxdur , Azərbaycan-Ermənistan müharibəsi var  və Azərbaycan torpağı Qarabağ və ətraf 7 rayon  Ermənistan və Rusiya birliyi tərəfindən işgal olunmuşdur.  , Azərbaycan-Ermənistan müharibəsi deyimini işlətməliyik və belə qəbul etdirməliyik. Lakin   ATƏT-in Minsk Qrupunun  təklif etdiyi bütün sənədlərdə  Mərhələli Həll, Paket Həll, Ümumi Dövlət proyekti, Madrid prinsipləri proqramlarında  “Qarabag” müstəqil subyekt kimi göstərilir və bu “subyektin” “statusu”ndan” danışılmqla əslində “müstəqilliyi”nə cəhd edilir. ATƏT-in Minsk Qrupunun  fəaliyyətində Azərbaycan-Ermənistan müharibəsi nəticəsində işgal olunmuş Azərbaycan torpaqlarının işgaldan azad olması yox, “Qarabag konfliktindən” və “Konfliktin həlli ” üçün  “Qarabagın statusundan” danışılır. Biz məhz bu nöqtədə uduzmuşuq və bu formatı dəyişməliyik. ATƏT-in Minsk qrupunun təklif etdiyi   sənədlərin  və danışıqların bu formatda olması bizim dövlət və millət maraqlarımıza ziddir. Bu ifadələrin işlədilməsinə yol verməyimiz bizim səhvimizdir. Biz səhvlərimizi düzəltməliyik. Azərbaycan Ermənistan müharibəsinin “Qarabag konflikti”  adlandırılması Erməni milli maraqlarına xidmət edir və Ermənistanın  birbaşa işgalçı dövlət olmasını, işgal siyasətini dolayısıyla ört –basdır edir. “Qarabag konflikti”  deyimi ilə:  1.Ermənistanın işğalçı dövlət olmadıgı, müharibədə  birbaşa iştirak edən tərəf olmadıgı, etiraf olunur. 2.  Müharibənin işgalçı Ermənistanla –Azərbaycan arasında yox, Qarabagla-Azərbaycan arasında  getdiyi dünyaya qəbul etdirilir və burda    Ermənistan işgalçı yox, guya “Qarabağda əzilən erməni soydaşlarının  hüquqlarını müdafiə edən dövlət” kimi çıxış edir. Beləliklə də hələlik, məsələnin qoyuluş fəlsəfəsində və diplomatik danışıqlarda  Ermənilər bizə qalib gəlmişlər. 1. “Qarabağ konfliktinin həlli” deməklə və  həll yolu kimi “Qarabagın statusu”nun    beynəlxalq danışıqlarda  “müzakirə predmeti olunmasına” nail olmaqla əslində  Azərbaycanın bir parçası olan Qarabagın müstəqil subyekt kimi, ərazi vahidi kimi dünyaya və bizə qəbul etdirməyə nail olublar. 2. Ermənistan-Azərbaycan  müharibəsini  Qarabağla-Azərbaycan arasında gedən  müharibə kimi təqdim etmişlər.  Eyni zamanda ikinci böyük səhvimiz ATƏT-in Minsk Qrupunun danışıqlarında yerli Azərbaycanlıların ( “Qarabag azərbaycanlıları” termini işlədilir ki, burda da Qarabagın müstəqil subyekt oldugu təsdiq ollunur) “İcma “kimi iştirk etməsidir. İcma etnik və  ya milli azınlıgı ifadə edən termindir. Azərbaycanlılar Qarabagda icma deyil, yerli, dominant xalqdır. Ermənilər bu əraziyə  Çar rusiyası tərəfindən köçürülmüş, beləliklə demoqrafik vəziyyətin ermənilərin xeyrinə süni dəyişdirilməsinə nail olmuşlar. Beləliklə ermənilər Qarabagda cogunluq, azərbaycanlılar azınlıq durumuna düşmüşlər. “İcma” termini də dolayısıyla bunun təsdiqidir, ermənilərin “dominant”, azərbaycanlıların “icma” oldugunun etiraf olunmasıdır.  Beləliklə də beynəlxalq danışıqlarda  2005-ci ildən etibarən “ Daglıq Qarabagın azərbaycanlı icması” ifadələri yer almaqdadır. Burda da Qarabag müstəqil ərazi subyektini, azərbaycanlı icma da azərbaycanlı azınlıgı ifadə edir. Beləliklə beynəlxalq danışıqlarda “Qarabagın azərbaycanlı icması”nın siyasi-hüquqi status qazanılması ilə gələcəkdə “Qarabagın statusunun” həlli ilə baglı keçirilməsi planlaşdırılan referendumda  onların iştirakı və söz, iradə haqqı tanınır və Qarabagın statusunda həlledici rəy, söz Azərbaycan dövlətinin və xalqının iradəsi yox, “Qarabagın azərbaycanlı  icması”nın iradəsi ilə həll edilir.  Bu “icma” isə azınlıqdır, ermənilər isə “çoxluq”dur və təbii ki,  Qarabagın statusu ilə baglı hər hansı gələcək referendumda həlledici qərarları “çoğunlluq”olan ermənilər verəcəkdir. Beləliklə bu “İcma”nın hüquqi tərəf kimi danışıqlarda iştirakı ilə dolayısıyla Azərbaycan dövləti və xalqı “Qarabagın statusu”nun həllindən kənarlaşdırılır, təcrid edilir. Bütün bunlar yolverilməzdir. Danışıqlarda Azərbaycan  höküməti iştirak etməli, Azərbaycan dövlətinin iradəsi əks olunmalıdır. Belə oldugu halda biz nə etməliyik?  23 ildir ki,  ATƏT-in Minsk Qrupunun fəaliyyətində  əks olunan və nəticə verməyən formatın dəyişdirilməsinə nail olmalıyıq  və bu məsələyə yeni kontekstdən baxmalıyıq. Bu, “dondurulmuş” müharibənin sülhə çevrilməsində  dönüş yarada bilər . Yeni kontekst nədən ibarətdir? Bu format ondan ibarətdir ki,  Nə “Qarabag konflikti”ndən danışılmalılıdır, nə  də “Konfliktin həlli” kimi “Qarabagın statusundan” danışılmalıdır. Ermənistanın işgalçı  dövlət olması  bütün dünyaya qəbul etdirilməlidir.  Qarabagın və ətraf 7 rayonun  Ermənistanın Azərbaycana qarşı apardıgı işgalçılıq müharibəsi nəticəsində  işgal olundugunu, Ermənistanın işgalçı dövlət oldugunu və qeydsiz şərtsiz  işgal etdiyi torpaqlardan   çıxmaları tələb olunmalıdır.  Bunun beynəlxalq hüquqi əsasları da var.  BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələrinin yerinə yetirilməsi tələb olunmalıdır. Birinci mərhələdə Ermənistanın işgal etdiyi Azərbaycan torpaqları işgaldan azad edilməlidir. Ikinci mərhələdə isə  Azərbaycan vətəndaşları olan Ermənilərin statusundan( “Qarabag erməniləri”nin deyil, Azərbaycan vətəndaşı olan ermənilərin) və eyni zamanda Ermənistandan 1988-ci ildə Etnik təmizləmə və soyqırıma məruz qalmış Ermənistan vətəndşları olan Azərbaycan türklərinin statusundan söhbət gedə bilər. Ermənistandan deportasiya olunmuş türklər öz torpaqlarına, ölkələrinə qayıtmalıdır, Ermənistn hökümətinin idarə olunmasında və parlamentdə bərabərhüquqlu vətəndşlar kimi iştirak etməlidirlər. Ermənistan heç vaxt mono etnik dövlət olmayıb, bura qədim türk torpagıdır və yerli xalq öz ölkəsinə qayıtmalıdır. Əgər bu format qəbul ediləcəkə müharibə bitə bilər və Cənubi Qafqazda sülh və sabitlik təmin olunar.  Biz bunun adını “0 vəziyyətə qayıdış” adlandırırıq. Bu yerinə yetirilmədikdə isə müharibəyə başlanılmalıdır. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir. Azərbaycan-Ermənistan müharibəsi. Qərbin ikili standartlar siyasəti.Qərb Azərbaycanın strateji tərəfdaşıdırmı? Mən ümumiyyətlə ABŞ və Qərbin Ermənistanın Azərbaycan torpaqlarını işgaldan azad etməsində maraqlı olan ölkələr hesab etmirəm, bu məsələdə onları Azərbaycanın tərəfdaşı, müttəfiqi kimi də görmürəm.  Əksinə, Ermənistanın işgalçı siyasətinin arxasında Rusiya ilə  bərabər bu ölkələrində durdugunu iddia edirəm.  Hesab edirəm ki, Aərbaycan topaqlarını Rusiya Ermənistanla bərabər işgal etmişdir, Qərb – ABŞ cütlüyü və İran  isə bu işgala dəstək verməkdədir. Bu fikrimi əsaslandırmaq üçün onlarla fakt göstərə bilərəm. Birincisi gəlin tarixdən başlayaq və tarixi ardıcıllıga diqqət edək.Bu gün baş verənlərin keçmişdəkilərin davamı və nəticəsi oldugunu görəcəyik. Hazırda Azərbaycana, türklərə qarşı gedən siyasəti anlamaq üçün son 300 ildir bu cografiyada həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətini təhlil etmək lazımdır. Bu siyasət indi də davam etməkdədir, hal-hazırda Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər,ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər yenidən bölünməkdə ,Türk cografiyasının daralması prosesi davam etməkdədir. XVIII əsrdən etibarən bu proses üç mərhələli aparılmaqdadır. 1.İmperatorluqların (Osmanlı,Qacar, Babur) dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türklərin hakimiyyətdən devrilməsi və ikinci qrup azınlıq halına salınması. Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması (Fars, Erməni, Kürd). 2.Türk Ulus Dövlətlərinin dagıdılması. 3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan, Suriya, İraq, İran, Çin, Rusiya ). Əsrin əvvəllərində erməni, fars,  indi isə kürd faktoru ilə Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”,  Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və İngiltərənin  “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, indi ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir. (Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraqda  əhalinin yarısını təşkil edən türklərin etnik təmizləmə və soyqırıma məruz qalması ilə). Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərində İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni, aysor (assurr), serb, ərəb, fars, kürd  xalqlarını türklər əleyhinə istifadə edirdilər. Bu cografiyadakı siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis -Rus nüfuz dairələrinə uygun cızılmışdı.  Bu siyasət əsasında Osmanlını böldülər, Qacarları devirərək Fars İran dövləti qurdular, Azərbaycanı bölərək Ermənistan dövləti qurdular, XXI əsrdə isə bu cografiya ABŞ və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Yeni siyasi oyunların əsas aktoru isə Kürdlərdir. Bu dəfə Ermənilərlə bərabər Kürdlərdən istifadə edilməkdədir.  Kürdlərin Kərkük bölgəsində Dövlət qurma cəhdləri Azərbaycanın maraqlarına ziddir.Çünki bu bölgə qədim Azərbaycan tarix və mədəniyyətinin yarandıgı bir bölgədir. Beləliklə  Türkiyə, İran və Azərbaycan cografiyasında yaşayan Türklərin müştərək bir proqramı hazırlanmalıdır. Bu proqramda birincisi- İraq, Suriya, Livan, Türkiyə, İran, Azərbaycan dövlətlərini təhdid altında saxlayan kürd   faktoruna, ikincisi  Türkiyə və Azərbaycanı bölərək böyük Ermənistan qurmagı hədəf alan Erməni faktoruna qarşı müdafiə siyasəti hazırlanmalıdır. Bu proseslər Türkiyə və Azərbaycanı yeni siyasi doktrin və paradiqmalar yaratmaq zərurəti qarşısında qoyur. Erməni məsələsinə gəldikdə isə, hər kəs bilir ki, Ermənilər tarix səhnəsinə Rusiyanın dəstəyi ilə çıxmışlar. Ermənilərin Dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel böğazlarından keçərək İstanbulu fəth etməsilə Böyük Roma Dövlətinə çevrilmək planının tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir. Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi.   1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamışdır. Beləliklə Ermənilər himayə edilmiş, silahlandırılmış, təşkilatlandırılmış və Erməni dövlətinin qurulmasını hədəf alan bir millət kimi formalaşdırılmışdır. Bütün XX əsr böyu Ermənnilər 5 dəfə  “dövlət” qurmaga cəhd etmişlər. 1.Cənubi qafqaz erməni dövləti; 2.Şərqi anadolu erməni dövləti; 3.Adana-Çuxurova(Kilikiya) Erməni dövləti; 4.Urmiyda-Erməni-Kürd-Aysor konfederasiyası(Cilovluq hərəkatı); 5.Bakıda Şaumyanın qurdugu saxta Sentrokaspi höküməti. Bütün bu  “Dövlətlər” bu ərazilərdə yerli türklərin kütləvi şəkildə vəhşicəsinə soyqırıma ugradılması ilə “qurulurdu” və bütün bu erməni vəhşiliklərinin arxasında ingilis framason təşkilatları, Xristian missionerləri və Rus çar-bolşevik siyasətçiləri dayanırdı. Bununla baglı yüzlərlə tarixi mənbələr, Osmanlı və Azərbaycan Demokratik Cümhuriyyətinin hökümət protokolları, hesabatları var. Əgər Türkiyəyə qarşı irəli sürülən saxta “Erməni soyqırımı” nın araşdırılması ilə baglı beynəlxalq komissiya yaransa, Türklərə qarşı həyata keçirilən bütün bu Erməni cinayətlərinin arxasında duran Rusiya, İngiltərə,Fransa kimi dövlətlər də cinayət məsuliyyətinə cəlb olunacaqdır. Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə ediliməyə başlandı və ugur qazandı. Bütün tarixi faktlar isbat edir ki,  Erməni məsələsi, Ermənilərin Türklərə qarşı törətdikləri soyqırımlar və Qərbi Azərbaycanda  yerli Türklərə qarşı etnik təmizləmə aparmaqla Ermənistan dövlətinin qurulması, Qarabagın və  ətraf rayonlarının işgal edilərək Ermənistana birləşdirilməsi  siyasəti Rusiyanın birbaşa iştirakı, Qərb ölkələrinin isə iqtisadi-siyasi, diplomatik dəstəyi ilə baş verməkdədir. Məqsəd Türkləri Anadoludan və Qafqazdan, İran cografiyasından,Yaxın və Orta Dogu xəritəsindən silmək və bu torpaqlara sahiblənməkdir.   XX əsrin əvvəllərində Ermənilər  Azərbaycanın qərb torpaqlarında “Cənubi Qafqaz  Erməni Dövləti”ni yatmaga nail oldular. SSRİ dövründə Azərbaycan torpaqları hesabına bu “Erməni dövləti” genişlənərək  Ermənistan  adlandı və SSRİ-nin subyekti oldu. 50-ci illərdən etibarən Erməni diasporu və Daşnaksütun partiyası birgə Erməni milli strategiyasını hazırladılar. “4 T proqramı” adlanan bu strategiyaya  əsasən Türkiyənin Şərqi Anadolu bölgələri və Naxçıvan, Qarabag  Ermənistana birləşdirilməli və “Böyük Ermənistan” yaranmalı idi. 50  ildən çoxdur ki, Erməni milləti bu “4T” adlı strateji siyasətini həyata keçirməklə Ermənistanın genişlənməsi ugrunda mübarizə aparırlar.  4T proqramına daxildir: a) erməni spyqırımının dünyada tanınması, b) Türkiyənin soyqırımı tanıması, c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi, d) Türkiyənin şərqində–doğu anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi. 4T proqramı vasitəsilə Türkiyənin  və Azərbaycanın bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır.  Erməni İnqilab Federasiyası- “ Daşnaksutyun” un liderlərindən Hrant Markaryan etiraf edir ki, “Soyqırımı” tanıtma fəaliyyətləri özbaşına bir məqsəd deyil,Qərbi Ermənistanı (Şərqi Anadolu-Qars-İqdır-Ərzurum-Y.Q) xilasetmə məramının bir hissəsidir”. Bu plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. Qarabagın Ermənistan tərəfindən işgal edilməsi, Qarabagda ikinci Erməni dövlətinin qurulması və bu “Dövlətin” Ermənistana birləşməsini təmin etmək siyasəti də “4T” proqramının tərkib hissəsidir.   “Erməni Soyqırımı”nın tanıdılması  4T proqramının tərkib hissəsidir.  Və Saxta “Erməni soyqırımı” iddialarının yayıldıgı areal-Avropa və Amerikadır.  ABŞ   da  “Soyqırımı tanıyan ştatların sayı 30 keçib. Konqresdə isə “Soyqırımla” baglı iki layihə var. Həmçinin Qarabagın erməni işgalından azad edilməsini əngəlləyən  907-ci düzəliş də  ABŞ-nın Erməni  işgalına dəstək  verməsini sübut etməkdədir.  907-ci düzəliş  , “Rusiyada azadlığın, Avrasiyada demokratiyanın və açıq bazarın müdafiəsi haqqında akt” 1992-ci il oktyabrın 24-də ABŞ konqresi tərəfindəndən qəbul olunmuşdur. Həmin qanun SSRİ-nin dağılmasından sonra yeni müstəqil  dövlətlərə yardım göstərmək haqqında ABŞ konqresinin ilk qanunvericilik  aktıdır. 907-ci düzəliş senator Kerri tərəfindən (Masaçussets şt.) irəli sürülmüş, həmkarlan Sarbanes, Saymons, de Konsini tərəfmdən dəstəklənmişdir. Burada söhbət Azərbaycana yardımın məhdudlaşdırılmasından gedir və göstərilir ki, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadalarının və qüvvədən təcavüzkarcasına (?) istifadənin ləğvi sahəsinde nümayişkaranə addımların atılmadığını prezident müəyyən etməyincə və bunu konqresə  bildirməyincə Azərbaycan hökumətinə yardım göstərilməyəcəkdir.  Bu sənəddə diqqət edilərsə Qarabag  Azərbaycan torpagı kimi yox, müstəqil subyekt kimi göstərilmiş, Ermənnistan işgalçı adlandırılmamış, Azərbaycan  dolayısıyla təcavüzkar adlandırılmış, bir sözlə Ermənistan dəstəklənmişdir. Beləliklə o zamandan bu günə qədər ABŞı-ın Qarabagdakı erməni işgalı ilə  baglı siyasəti dəyişməmişdir. ABŞ  Ermənistanı və onun işgal siyasətini dəstəkləməkdədir. ABŞ-nın  müttəfiqi olan  Avropa ölkələrinin hamsı “Soyqırım”ı tanımaqdadır.  1987-ci ildə Avropa parlamenti “Erməni soyqırımı” iddiasını tanıdı, 2005-də isə bu qərarını təzələdi. Beləliklə,  Avropanın bütün ölkələri , - Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şursı, İnsan haqları Dərnəyi,YMCA Avropa Birliyi, Vatikan və s. kimi  Avropa təşkilatları ,  ümumilikdə dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq, Qarabagı Ermənistana birləşdirmək ideyasını gerçəkləşdirməkdədir.  Bu məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Və bütün bunlar  Ermənilərin Qarabagı və ətraf 7 rayonu  işgal  etməsinə,  Xocalı soyqırımına   zəmin hazırlamışdır.    Ermənilər Qarabagda  işgal müharibəsinə başlayrkən ABŞ-nın Avropa Birliyinin siyasi-hüquqi dəstəyini artıq qazanmışdılar.  Bu dəstək bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətində də  öz əksini tapmaqdadır.  Beləliklə qarşımızda belə bir mənzərə açılır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələrinin yerinə yetirilməməsi, Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması yönümündə fəaliyyət  göstərən ATƏT-in MİNSK qrupnun 1994-cü ildən bəri davam edən fəaliyyəinin nəticəsiz qalması, ATƏT-in Minsk qrupunun indiyə qədər təklif etdiyi 1. Paket həll;  2. Mərhələli həll;  3. Ortaq dövlət proyekti;  4. Madrid prinsiplərinin  Azərbaycan Milli maraqlarına zidd olması, bu sənədlərdə  Qarabag müharibəsinin həlli ilə baglı əks olunmuş  1. Ərazi bütövlüyünün toxunulmazlığı, 2. xalqların öz müqəddaratını təyin etmək hüququ, 3.güc tətbiq etməkdən imtina prinsipləri  ikili standartlar siyasətini əks etdirir və dolayısıyla Ermənistanın işgalçılıq siyasətinə bəraət qazandırmaga yönəlmişdir. ATƏT-in Minsk Qrupunun təklif etdiyi bu layihə və prinsiplər əslində Azərbaycan torpaqlarında  müstəqil “Qarabağ” dövlətinin yaradılmasına və möhkəmlənməsinə xidmət etməkdədir. ATƏT-in MİNSK qrupu üzvləri Rusiya və Fransa Ermənistanın strateji müttəfiqləridir və saxta Erməni soyqırımını tanımaqdadırlar. Bütün bunlar- Ermənistanın Azərbaycan torpaqlarını işgal etmək siyasətinə bəraət qazandırmaq məqsədilə  uydurulmuş saxta “Erməni soyqırımı” iddisının Qərb ölkələri tərəfindən tanınması Azərbaycanı məyus etməkdədir. ABŞ və Qərb daim Qafqazda enerji təhlukəsizliyi maraqlarına uygun olaraq Azərbaycanın qarşısına erməni işgalının aradan qaldırılması siyasətində güc tətbiq etməmək şərtlərini qoyur. Ermənistan-Azərbaycan müharibəsi və Rusiya. Bununla bərabər , qlobal siyasətdə iqtisadi cəhətdən zəifləyən, Qərblə ayaqlaşa bilməyən Rusiya təbliğat və siyasi təzyiq yolu ilə Cənubi Qafqaz ölkələrində təsirini qoruyub saxlamağa çalışır: məhz bu səbəbdən Avro-Atlantik ölkələrlə-Rusiya arasında gedən qlobal qarşıdurma  və gərginlik çox tezliklə öz təsirini  Cənubi Qafqaz ölkələrinə də göstərir. Cənubi Qafqaz ölkələrindən olan Azərbaycan balanslı xarici siyasət kursunu davam etdirdiyi halda, Gürcüstan AB və NATO-ya inteqrasiya xəttində qalır. Ermənistan isə tamamən Rusiyaya təslim olub. Dolayısı ilə Qərbə nisbətdə Rusiya region ilə daha dərin bağlara malik olsa da, Cənubi Qafqazı təsir altına alma mübarizəsi hələ də davam etməkdədir.  Bu məqsədlə Rusiya  Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirmək və post-sovet respublikaların ictimai rəyində öz təsirini qorumaq üçün yeni media orqanları qurur. Son bir necə ildə Rusiya həm dünya ictimai rəyinə və post-sovet ölkələrində ictimai rəyə təsir etmək üçün KİV siyasətində dəyişiklik edib. “Russian ToDay” (RT), “Sputnik” kimi yeni və daha keyfiyyətli KİV-lər qurulub. “Sputnik” bir radio və xəbər saytı olaraq demək olar bütün post sovet ölkələrinin dillərində yayımlanır. Rusiya həm  güc yolu ilə bu ölkələri ətrafında tutmağa çalışır, həm də Qafqazda uzun müddət qala bilmək üçün ictimai rəyi “işğal” etmək məqsədilə “SOFT POWER” adlanan , “yumşaq güc”dən istifadə edərək qərbçi ictimai rəyi qırmaq üçün informasiya siyasəti yeridir. Artıq Ermənistan SSRİ-nin prototipi sayılan Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvüdür, ancaq onun digər üzv-dövlətlərlə, o cümlədən Rusiya ilə quru əlaqəsi yoxdur. Belə əlaqə yalnız iki ölkə vasitəsi ilə mümkündür - Gürcüstan və Azərbaycan. Rusiya 2008-ci ildə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanı onların müstəqilliyini “tanımaqla” de-fakto özünə birləşdirib, orada - böyük sayda hərbi kontingent, bazalar yerləşdirib. Abxaziya və Cənubi Osetiya separatçı qurumları ilə  qarşılıqlı müqavilələr əsasında “ortaq ordu” yaradıb.  Həmçinin Rusiya Ermənistana silah-sursat almaq üçün 200 milyon dollarlıq kredit verilməsi haqda qərar qəbul edib. Eyni zamanda Rusiya Ermənistanla quru sərhədlərə malik olmaq üçün Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmiryolunun açılması məqsədilə  Gürcüstana təzyiqlər etməkdədir. Bu, isə Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması anlamına gəlir. Gürcüstanın Rusiyanın təzyiqlərinə davam gətirməyərək Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması, avtomatik olaraq Azərbaycanın da Avrasiya İttifaqına  qoşulması ilə nəticələnə bilər. Azərbaycanın Qərb üçün itirilməsi, bölgədən keçən neft-qaz kəmərlərinə, Xəzər dənizi akvatoriyasında nəzarətin bütünlüklə Rusiyanın nəzarətinə keçməsi demək olacaq. Bu halda Cənubi Qafqazın Avro-Atlantik məkana inteqrasiya siyasəti fiaskoya ugrayacaq.  Azərbaycan ətrafında baş verən bütün bu siyasi gərginliklər Azərbaycanı dərin məyus edir və “üçüncü yol” axtarışına sövq edir. Qərbin Ukrayna ilə baglı Rusiyaya qarşı sərt mövqe sərgiləməsi  Azərbaycanda, xüsusilə də Qərb yönlü müxalifət mətbuatında ümid yaratdı ki, Qərb Qafqazdakı etnik problemlərlə baglı, xüsusilə Qarabağla baglı da sərt mövqe nümayiş etdirəcək. Məlumdur ki, Rusiyanın bu bölgədə, ümumən postsovet məkanında öz təsirini qoruyub saxlaması üçün etnik-ərazi konfliktlərinin davam etməsi çox önəmlidir. Əks halda, bu respublikaların həmçinin də Ermənistanın  Rusiyanın orbitindən çıxaraq Avropaya inteqrasiyası qaçılmaz olacaq. Məhz bu səbəbdən Rusiya Qarabağın işgaldan azad olmasına imkan verməyəcək. Lakin Qərb Qarabag məsələsində Rusiya ilə konfrontasiyaya gedəcək qədər riskli siyasət yürütmür, heç onun belə bir maragı da yoxdur.Əksinə  Rusiya Ermənistanla birlikdə Qarabağı işgal  edən ölkədir, ABŞ və Qərb isə bu işgalı  dəstəkləyən və Qarabagda erməni dövlətinin qurulmasına çalışan ölkələrdir. Qarabağın Ermənistan tərəfindən işgalı  məsələsində bu ölkələrin maraqları toqquşmur,əksinə üst-üstə düşür. Eyni zamanda Cənubi Qafqaz qərbin sərhədlərindən çox uzaqdır və Qafqaz qərb üçün  enerji təhlükəsizliyi siyasətinin,Təhlükəsizlik və əməkdaşlıq qurşagının sadəcə bir parçasıdır. Ukrayna ilə bağlı isə  Qərb ona görə sərt mövqe ortaya qoydu ki, bu ölkə Avropa İttifaqının 4 üzvü ilə həmsərhəddir və Avropa ilə Rusiya arasında sanitar zolaq,bufer dövlət rolu oynayırdı və Ukraynanın işgalı ilə Rusiya birbaşa Avropa İttifaqının sərhədlərinə söykənərək Avropanın təhlükəsizliyini təhdid edir.. Ukraynadakı münaqişə və Rusiyanın ekspansiya siyasəti ümumilikdə Avropada 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasına ciddi təhdiddir və bu baxımdan həm Avropa İttifaqının , həm də ABŞ-ın maraqlarına toxunur. Ukrayna məsələsində Qərbin özü təhlükədədir, məhz buna görə də Qərb öz həyati mənafelərini qorumaq üçün Ukrayna məsələsində çox aktiv hərəkət edir və edəcək. Qərbin Qarabağ məsələsi ilə bağlı maraqları və problemə cəlb olunma səviyyəsi Ukraynadakı qədər deyil. Ona görə də Ermənistanla Azərbaycan arasındakı müharibədə Rusiyanın dominantlığı qalır və belə də davam edəcək. Azərbaycanda anti Qərb ritorikası. Beləliklə  deyə bilərəm ki,  SSRİ dagıldıqdan sonra Azərbaycanın Avro-Atlanttik  məkana inteqrasiya siyasətində Azərbaycanın milli maraqlarına uygun heç bir  nəticə əldə edilməməsi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işgalının aradan qaldırılmasında Avropanın tətbiq etdiyi ikili standartlar siyasəti  Azərbaycan xalqında  və həmçinin məndə dərin məyusluq və ümidsizlik hissləri dogurmuşdur. Bu  da Azərbaycanda , aydınlar arasında  son dövrlərdə anti Avropa və  anti ABŞ əhval ruhiyyəsinin dogulmasına səbəb olmuşdur. İşgalçı, terrorist Ermənistn dövlətinin maraqlarınıı birtərəfli şəkildə Xristian təəssübkeşliyindən  və Hind-avropa irqçiliyindən irəli gələn baxışla müdafiə etməklə və saxta erməni soyqırımı iddilarını tanımaqla əslində Avropa Birliyi öz tarixinə, öz ideyalarına xəyanət edir. Renessans ideyalarının, İnsan haqları, azadlıq, bərabərlik, ədalət, demokratiya prinsiplərini özü ayaqlar altına alır. Ermənistan-Azərbaycan müharibəsinə münasibətdə ədaləti qorumaq elə Avropa prinsiplərini qorumaqdır.  Bu isə Azərbaycanın xarici siyasət kursunda əsas yer tutan Avroatlantik məkana inteqrasiya siyasətini dəyişdirməyə məcbur etməkdədir. Məhz buna görə də mən MSDM-də Qərbçi olmadıgımı, Avro-Atlntik məkana inteqrasiya siyasətini dəstəkləmədiyimi bəyan etdim. Lakin bu o anlama gəlməz ki, mən Azərbaycanın Rusiyaya və ya İrana inteqrasiya olmasını dəstəkləyirəm. Əsla! Mən Rusiyanın da, İranın da düşməniyəm və  bu dövlətlərin ölkəmin müstəqilliyinə vurdugu zərbələri də  yaxşı bilirəm. Bu o anlama gəlməsin ki, mən Azərbaycanın təcrid olunmasından danışıram, xeyr, əsla! mən başqa format haqqında düşünürəm. Bu, “Üçüncü yol”axtarışıdır. Qərb “ikili standartlar” siysətini dəyişməlidir. Mən hesab edirəm ki, bütün bu problemlərin aradan qalxması məqsədilə ABŞ və Avropa  Birliyi  Cənubi Qafqaz siyasətinə yenidən baxmalı,Azərbaycan-Ermənistan müharibəsinin nəticələrinin aradan qaldırılması məqsədilə  ikili standartlar siyasətinə son qoymalı, Azərbaycanın işgal olunmuş torpaqları azad edilməli və Qafqazın Rusiyanın orbitindən xilas edilməsi yönümündə fəaliyyətini gücləndirməlidir. Qarabag Erməni işgalından azad edilməyənə qədər Azərbaycan Rusiyanın orbitində qalacaqdır.Və buna Azərbaycana qarşı ikili standartlar siyasəti yeridən Qərb ölkələri  səbəb olmaqdadır. Azərbaycan bu müharibədə təkdir. Türkiyənin dəstəyi istisna olmaqla.Lakin, Qərb Türkiyəyə Ermənistanla sərhədlərin açılması,“Erməni açılımı”basqısı etməklə iqtisadi durgunluq keçirən Ermənistanı blokadadan qurtarmaqla gücləndirmək siyasəti yeritməklə Azərbaycanı Türkiyə dəstəyindən də məhrum etmək istəyir.  O halda Azərbaycan ictimaiyyəti soruşma haqqına sahibdir ki, ey Qərb, Amerika sənin regionda strateji müttəfiqin olmaqda və maraqlarını qorudugum halda, qarşılıgında mənə verdiyin nədir? Dediyim kimi,  Rusiya və Ermənistan Qarabagda işgalçıdır, Qərb və ABŞ   bu işgalın dəstəkləyicisi. Əgər Qərb bizim strateji müttəfiqimizdirsə Rusiyanın işgal etdiyi Qarabagın işgaldan azad edilməsinə niyə çalışmır,əslində  hər gün müharibə davam edir, biz daim şəhid veririk. Bu dayanmasa  təkrar edirəm Azərbaycanda dini fundamentalizm güclənəcək, Anti Qərb- anti  Amerika əhval Ruhiyyəsi artacaq, Rusiyaya, İrana yönəlik siyasi dairələr güclənəcək. Qərb  ikili standartlar siyasəti ilə son 20 ildə Azərbaycanda formalaşmış  qərb yönümlü siyasəti dəstəkləyən elitanı və elektortı  zərbə altında qoyur. Üçüncü yol axtarışı başlamalıdır. Bəs belə bir vəziyyətdə Azərbaycan nə etməlidir? Üçüncü yol axtarışı başlamalıdır. Regional birliklər, bloklar qurulmalıdır. Məncə bu  iki formatda ola bilər.  1.Gürcüstan-Azərbaycan –Türkiyə bloku qurulmalıdır. 2.Gürcüstan-Azərbaycan-Türkiyə-Pakistan-İzrail bloku qurula bilər və bu blokla ermənilərə qarşı mübarizə aparıla bilər. Azərbaycan xarici siyasəti çevik deyil və yaranmış vəziyyətdən maksimum bəhrələnə bilmir. Pakistan höküməti dəfələrlə bəyan etmişdir ki,  Ermənistana qarşı müharibədə Pakistan Azərbaycanı dəstəkləyəcəkdir. Əgər Ermənistanın yanında nüvə ölkəsi kimi Rusiya varsa, niyə güclü Hərbi potensialı və Nüvə ölkəsi kimi Pakistanın dəstəyindən biz imtina edək. Eyni zamanda İsrail dövləti də Azərbaycanı dəstəkləməkdədir. bu il  İrəvanda keçirilən Saxta “Erməni soyqırımı” nın 100 illiyi ilə   baglı  törəndə  İsrail iştirak  etməyib. Həmçinin . İsrail parlamentində (Knesset)  . Azərbaycanın dostlarından və lobbistlərindən sayılan sabiq xarici işlər naziri Aviqdor Libermanın rəhbərliyi altında İsrail-Azərbaycan Parlamentlərarası Qrup yaradılıb .  Liberman 3 ay öncə, xarici işlər naziri olarkən erməni “soyqırımı” iddialarını birmənalı surətdə rədd edərək, Türkiyə və Azərbaycana dəstək vermişdi. Öz növbəsində “Azİz” beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak çıxışında deyib: “1991-ci ildə müstəqillik qazanan Azərbaycan öz qonşusu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal edib və illədir öz nəzarətində saxlayır. İşğal altındakı ərazilər İsrailin ərazisindən də böyükdür”.  Burda açıq-aydın olaraq Ermənistan işgalçı dövlət kimi təqdim edilib. Bizə məhz bu lazımdır. Ermənistanın işgalçı dövlət olmasının dünya tərəfindən qəbul eilməsi . Belə bir vəziyyətdə Azərbaycan bu mövqedən maksimum istifadə etməlidir. İsrail-Azərbaycan  münasibətlərinin güclənməsi ordumuzun döyüş qabiliyyətinin artırılması və beynəlxalq miqyasda Qarabağ məsələsinin həllində yəhudi lobbisinin dəstəyinin təmin edilməsinə səbəb olar, eyni zamanda bu lobbinin  dəstəyi ilə ABŞ-la Azərbaycan arasındakı münasibətlərin daha da sıxlaşması gerçəkləşər. Məlumdur ki, beynəlxalq erməni diasporu ABŞ- konqresində “Erməni soyqırımı”ilə baglı iki layihəni qəbul etdirmək üçün ciddi fəaliyyət göstərir və İsrail-Azərbaycan bloku qurularsa bunun qarşısını Yəhudi lobbisi ala bilər, həm də Qarabağ məsələsinin həllində də təsir göstərə bilər. Nə üçün ABŞ Konqresində Azərbaycanın maraqlarını qoruyan güc, qrup olmasın. Niyə biz bundan istifadə etməyək.  Fikrimcə Ermənistanın “Nəfəs borusu” iranın Ermənistanı dəstəklədiyi bir zamanda buna qarşı Azərbaycan da İzraillə əməkdaşlıq edib Ermənistan-İran müttəfiqliyinə qarşı Azərbaycan-İsrail müttəfiqliyi qurmalıdır. Təəssüf ki,  Azərbaycan Ermənistana yönəlik xarici siyasətində nə normal müdafiə siyasəti qura bilmişdir, nə də hücum siyasəti. Regional təhlükəsizlik bloku qurmaqla Azərbaycan özünü təklikdə deyil,  blokla qorumalıdır.faktiki olaraq Rusiya-Ermənistan-İran regional birliyi və strateji əməkdaşlıgı varsa onda nə üçün  Gürcüstan-Azərbaycan –Türkiyə  regional bloku qurulmasın. Dediyim odur ki, Azərbaycan , “kontir-tədbirlər” həyata keçirməli, öz ətrafında “təhlükəsizlik kəməri” yaratmalıdır. MSDM-dəki çıxışlardakı ritorikalar.  MSDM-də “partiya sədrlərinin və siyasətçilərinin çıxışlarında səslənən Qarabagın dinc yolla geri qaytarılması siyasətini dəstəkləyirik” bəyanatları məni qane etmir. Mən düşünürəm ki belə şüarlarla və mövqe ilə yalnız iqtidar və hökümət çıxış edə bilər, lakin müxalifət yox. Müxalifət bir qədər sərt, açıq olmalıdır, həqiqəti deməlidir. Xalqı ruhlandırmalıdır, milli iradəni təmsil etməlidir. Biz isə əksini görürük. Iqtidar  daha sərt, müxalifət yumşaqdır. Müxalifətin aşırı qərbpərəst olmasını heç cür qəbul edə bilmirəm. Hesab edirəm ki, MSDM-də məhz Milli iradənin səsi duyulacaq, sayın İsa Qəmbər milli İradəni təmsil edəcək. Mən elə məhz bu amacla MSDM-nə gəlmişəm. Mənim üçün priaritet olan bir məsələ var. Nə Qərb, nə Rusiya, nə İran- yalnız Azərbaycan Türklərinin milli İradəsi.  Mən bax son 20 ildə öldürülmüş o milli iradənin səsini eşitmək, Milli ruhu gücləndirməkdə maraqlıyam. O milli ruhu, birliyi  iqtidarçılıq, müxalifətçilik,vəhhabilik, nurçuluq, şiyəlik, ələvilik, iranlılıq, Qərbçilik( multikulturalizm, demokratiya, insan haqları, feminizm ,illüziyları), Rusiyaçılıq böldü, öldürdü. Mən istəyirəm ki, Azərbaycanda hər hansı hakimiyyət dəyişikliyi Qərb-Amerika, Rusiya , İran iradəsi ilə yox, Azərbaycan türklərinin iradəsi  ilə həll olunsun. Mən bunun üçün çalışıram. Azərbaycanda  milli iradənin təmsilçisi olan Keyfiyyət elitası formalaşsın.  Bu elita Milli vicdanın səsi olsun. Təəssüf ki, Milli vicdanın səsi olma iddiasında olan nə bir partiya, nə bir aydın, nə bir siyasətçi, nə bir qurum yoxdur. Son 20 ildə bütün qüvvələr, Qərb, Rusiya, İran, əsas isə hakimiyyət çalışdı ki, belə bir güc, səs olmasın. Bütün sahələrdə hakimiyyətdə, müxalifətdə, din xadimləri içində, Elmlər Akademiyasında bu səsi bogmaga çalışdılar. Və bogdular. Düşünürəm ki,  indi MSDM və DAK Milli iradəni təmsil edə bilər,lakin  korrektələrlə və özünü dəyişdirməklə.  Müxalifət bilməlidir ki, son illərdə  zəifləməsinin səbəblərindən biri də, daha çox “qərbçi”  mövqe tutmaları idi, milli iradəni təmsil etmək iddiasının olmaması idi.  Lakin milli şüurda bilinc altı gizli bir səs var, o səs millətə özünə dön çagırışı edir. Siyasətçi gərək bu səsi dinləməyi bacara,ondan bəhrələnməyi də bacara.  Azərbaycan özgələşmiş elita problemi yaşayır. Kosmopolitləşmə həyatın bütün sahələrində sürətlə milli refleksi öldürür. Bu isə faciə deməkdir. Biz bu faciədən çıxmaq üçün birlikdə MSDM-də çözüm axtarmalıyıq.

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN