Türkiyədə İran casusları və Güney Azərbaycan gerçəyi

Türkiyədə İran casusları və Güney Azərbaycan gerçəyi
Türkiyədə İran casusları və Güney Azərbaycan gerçəyi  İran xüsusi xidmət orqanlarının Türkiyə haqqındakı kəşfiyyat məlumatlarını Pkk terror təşkilatına ötürdüyü haqda xəbərlər iki ölkə arasındakı gərginliyi bir az da artırıb. İran kəşfiyyatının Türkiyədən topladığı gizli məlumatlarla PKK-nı məlumatlandırması iddiaları Türkiyə gündəmini zəbt edib. Türkiyədə strateji əhəmiyyətli dövlət obyektlərinin, Milli İstihbarat Təşkilatının və Daxili İşlər Nazirliyinin terrorla mübarizə departamentlərində işləyən zabitlərin şəxsi dosyelərinin daxili olduğu bir çox kəşfiyyat məlumatlarının İran agentləri tərəfindən PKK-ya ötürüldüyü bildirildi. Milli İstihbarat Təşkilatının Ərzurum prokurorluğuna göndərdiyi şübhəli 10 nəfərlə bağlı aparılan araşdırmada, bu şəxslərin İran kəşfiyyatı ilə PKK arasında koordinasiya saxladığı məlum olub. İran kəşfiyyatından gələn gizli məlumatları PKK terrorçularına ötürən qrup üzvləri, dindirilmə zamanı hər şeyi etiraf ediblər. Bu şəxslər arasında İran vətəndaşları da var. Qrupun gizli qərərgah kimi istifadə etdiyi evdən bir çox hərbi və strateji əhəmiyyət daşıyan digər obyektlərin xəritələri, fotoşəkillər, fotoaparat və kameralar tapılıb. İranın Türkiyəyə qarşı belə bir addımı cavabsız qalmamalıdır. Qardaş ölkə bu hadisədən İrana qarşı fürsət kimi istifadə etməlidir. Belə ki, Türkiyə də öz növbəsində İranın tərkibində hələ də işğal altında olan Güney Azərbaycanı dəstəkləməklə cavab verməlidir. Güney Azərbaycanın istiqlaliyyətə qovuşması tək Azərbaycan üçün deyil, türk dünyası üçün tarixi əhəmiyyət daşıyır. Odur ki, belə bir fürsəti Güney Azərbaycanın azadlığı naminə dəyərləndirmək Türkiyənin türk dünyası üçün ən uğurlu qərarı ola bilər. Bu bölgədə İranın mövqeyinin zəifləməsinə də təsir edəcək. Heç şübhəsiz ki, Tehranın casus məsələsi Türkiyəni də ciddi narahat edir. Bununla da rəsmi Ankara İranın getdikcə daha artan ambisiyasının təhlükəsini hiss edir. Odur ki, bölgəni İran təhdidindən müdafiə etməyin ən səmərəli yollarından biri Türkiyənin Güney Azərbaycana dəstək olmasıdır. Onsuz da Güney məsələsi getdikcə dünya səviyyəsində aktuallıq qazanmaqdadır. Məlum olduğu kimi ABŞ dövlət katibi Hillari Klinton da yaxın günlərdə Güney Azərbaycanla bağlı fikirlərini açıq şəkildə ifadə etdi. Odur ki, belə bir tarixi məqamda Türkiyə əlinə düşmüş fürsəti dəyərləndirməsə həm Ankara, həm də türk dünyası itirəcək. Siyamək Babanejad

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN