Ümmətçilikdə (İslamda) əridilən... millətçilik.

Ümmətçilikdə (İslamda) əridilən... millətçilik.
“Unutmayın ki, en böyük savaş, cehalete ve gerilige karşı yapılan savaşdır ” Mustafa Kemal Atatürk. İnancında  özünü  nə qədər haqlı sanmasından asılı olmayaraq, hər kəs özünə, xalqına və bütövlükdə bəşəriyyətə  sayğı ilə yanaşmalı və bu hədəflərin inkişafına çalışmalıdır. Əks halda, insanlığın çağına,   səviyyəsinə uyuşmadığından qonşularla zidiyyət yaranar, nəticədə ətraflna və özünə ziyan vurar. Tarixən, bütün qan, qadaların topluma izah olunan, əslində isə heç, mənasız olan  və  görünən tərəfində bu, özəyində  isə nəticə etibarilə vazkeçilməz maddi (hakimiyyət) maraqları  durur. Bu özək maddi maraqlar, onun marağında olanlar – dindarlar, hakimiyyət hərisləri (ki, hər iki zümrədə  təməldə - maddi maraq, fayda əldə etmək fikri durur ) tərəfindən  cahil, (bilməz)  insanlara qarşı bir qorxutma,  zor, maşa  aləti kimi  istifadə olunan,  kütləni, savadsız xalqı cəlb etmək  üçün  bütün mümkün vasitələrlə süslənmiş, bəzədilmiş və psixoloji təsirli (işəgedən əmtəə) formasına , yəni, dinlərin, təriqətlərin  və hər cür inancların indiki – bizə təklif olunan bugünkü  halına gətirilmişdir. Ölkəmizin cənubunda yayılmış məşhur bir lətifədə deyilən - “Diriləri, sənin, ölüləri, mənim.”  pay bölgüsü kimi görünsə də, əslində hər ikisinin işi dirilərlədir, ölü adıyla da, dirilərin haqlarl ilə alver edilir, yoxsa ölülər kimin nəyinə yarıya bilər ki? Bu gün, dünyamızda oluşan (baş verən) hər cür qovğalar, savaşlar, pisliklər  bu cür, əks mövqedə duran, həmən din şəklində olan  “inanclı  əmtəə formalarının” və  hakimiyyətlərin,  yəni, əslində maddi maraqların boğuşmasından  başqa bir şey deyildir.  Məntiqlə, bütün bunlar – düşüncəsizlik, ədalətsizliklə nəticələnən, təbiətcəsə, vəhşi təbii seçmədir. Bu yazıda məqsəd, maşa kimi istifadə olunan (kullanılan) mağmınların bir insan kimi yaşaya biləcəkləri ömrü... məlum dələduzlardan qorumaqdır. Əgər bu mağmınlar deyiləni qavrayıb ona əməl etsələr, bu, yəni, onların təbii ömrünü qorumaq mümkündür. Əks halda, yox. Əks halda, onlar ( kütlə, savadsız xalq) öz düşüncəsizlikləri ucbatından bu günkü boğuşma həyat tərzini “yaşamağa” məhkumdurlar. Rəqib olar, deyə, cahilin (bilməzin), kütlənin əsassız havasına oynamaq... ağıllını da onun səviyyəsizliyinə endirər. Haqsızın - rəqibliyi, faydanadır, ağıllının rəqabəti isə, tədbirli olsan - sıçrayışla inkişafına səbəb ola bilər. Adamın, millətin, xalqın, dövlətin daimi hədəfi – öz çağının elmi, mədəni, hərbi, bir sözlə, yaşam üstünü olmaqdır. Yaşam üstünü olmayan isə, geriləməyə, sonucda yox olmağa məhkundur. Yeniliyin üzünü köçürmək gərəkli olsa da, lakin, mahiyyətcə  əsaslı islahat sayıla bilməz. Əsaslı islahatın, dəyişikliyin oluşması üçün ilk öncə, onu əngəlləyən fikir, düşüncə zinciri, yəni, hər cür elmi əsassız inanc və dinlərin – özünün, budda, sinaqoq, kilisə və  məscid    qınınna, yəni, həyətinə, yuvasına  yerləşdirilməsi, çəkilməsi gərəkdir. Hər cür inanclar, dinlər, cəmiyyətin dünyəvi idarəçiliyindən bütünlüklə ayrılıb,  yığışdırılmadıqca – bütün toplumlar geriliyə məhkumdur. Toplumun idarəçiliyi düzgün və faydalı yönətilməsindən ötrü, ona elmi üsullarla yanaşılmasını tələb edər ki, bunun əks halı da, onun iflasına səbəb olar. Hər cür inanc – özəldir. “Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.” (Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci madəsinin, beşinci hissəsi.) Tarixən, din istehsalı və onun ixracı ilə məşğul olan bizə məlum  xalqlar  yəhudi və ərəblərdir. Hər iki xalq, dünyəvi inkişaflarının zamanına görə çox geridə olduğu dövrdə din yaratmışlar ki, görünür bu da onların tapınaq ehtiyacından irəli gəlmişdir. Tapınaq ehtiyacı – gücsüzlükdən, iqtidarsızlıqdan, çarəsizlikdən və bunlardan qurtulmaq iddialılıgından yaranan zərurətlərdən biri olub, elmi əsası olmayan, bütün qurama inancların sifarişçisi, təməlidir. Həyat eşqindən irəli gələn digər zəruri ehtiyac isə, elmi, texniki axtarışlar, kəşflər etməklə gərəkən  təlabatı  ödəməkdir. Bu qəbil insanlara son nümunə - dünyamızın inkişaf etmiş öncül xalqlarıdır.   Tapınaq ehtiyacı ilə din, təriqət yaradan xalqlar, zamanında din mənsubiyyətlərinə görə müəyyən birlik yaratmaqla gücə çevrilə, uğurlar əldə edə bilsələr də, buna əsrlərcə çox böyük enerjisi  sərf etmələrinə baxmayaraq,  fəaliyyətləri ümumilikdə elmi əsaslardan uzaq olduğundan (uzaq olduğu qədər də), uğurları daimi, yəni ardıcıl, artan dinamikayla oluşmadığından... bu günədək gerilikdın yaxa qurtara bilməmişlər. Bunun səbəbi, onların yaşam tərzinin mahiyyətində,  real həyata münasibətindədir, biri (dini idarəçilikdən ayrı tutanlar, inkişaf etmişlər) elmi sübutlara, digərləri isə (yaşayışlarını bütünlüklə dini qaydada quran geriçilər) əfsanəyə, boş sözə söykənir. Əgər, dinə, təriqətə sərf olunan enerji dünyəvi təhsilə,  elmə sərf olunsaydı, onların (geriçilərin) yaşam mənzərəsi yəqin ki,  yaxşıya doğru çox fərqli olardı. Çox üzüntülü ki, bu, belə deyil... Lakin, yəhudilərdə imkansızlıqdan  bu bir qədər fərqli, bu günə gəlinməklə  alınıb. Yəhudilər, din yaradıcılığı ilə məşğul olduqları ilk vaxtlar din ixracı ilə məşğul olsalar (məsələn, xəzərlərə VII-X əsrlər) da, sonralar görünür ərəblərdən fərqli olaraq, böyük gücə çevrilə, dövlət qura  bilmədiklərindən, yalnız, dünyaya səpələnmiş soydaşlarının varlığını qorumaq, onların birliyini təmin etməklə kifayətlənə biliblər. Görünür, bu zərurət də iudizmi, yəhudiləri mövhumatçı olmaqdan daha çox, özlərinin dünyəvi dəyərlərinə bağlı real millətçi olmağa, yəni, dinçilikdə ikili xarakterə  sövq etmişdir. Beləliklə, yəhudilər öz dinlərini (iudizmi) mənəvi, inanc ehtiyaclarını ödəməklə yanaşı, həm də özlərinin dünyəvi iş birliyi mərkəzinə çevirə bildiklərindəndir ki, əsrlərin dağınıqlığından sonra, nəhayət 1948-ci ildə  öz milli, dünyəvi, demokratik, hüquqi İsrail dövlətini qura bildilər. Bu gedişatda, gox güman ki, elmə daha çox  üstünlük verilmişdir, yoxsa, yəhudilər indiki üstüniüyü qazana bilməzdilər. Məhz bu xarakterlərinə, xidmətlərinə görə də yəhudilərin dini iudizm (onun,dünyəvi iş forması olan - sionizm),   bir təsisat olaraq,  dinin millətə (dövlətə) yaxşı xidmət nümunəsi sayıla bilər. Bu baxımdan, yəhudi dindarları – ravinlər, xaxamlar iudizmdən cahil, elmi əsassız dini hədəflərə “çatmaqdan”  daha çox, öz milli hədəflərinə çatmaq üçün bir yol, vasitə, alət kimi istifadə etməklərindəndir ki, uğur da qazanırlar. Onların uğurları göz  önündə - dünyanı sarmış - yəhudi şəbəkəsidir. Mən inanıram ki, yəhudi din xadimi öz aydınına, aliminə özündən az dəyər verməz, onu din düşməni elan etməz, öldürməz, çünki bilir ki, bununla da öz soyunun varlığının əsasını kəsmiş olur. Erməni Qriqorian kilisəsi dindarları katalikoslar da öz milli maraqları üçün uzun illər eyni işi gördüklərindən, din adı altında  həm də  dünyəvi işlərlə məşğul olub,  siyasi təşkilatlana bildiklərindən, böyük uğur  qazanaraq – 1918-ci ildə  türk yurdu İrəvanda özlərinə Ermənistan adlı vətən yaradıb, ərazilərini daha da genişləndirməkdədirlər. Erməni dindarları dindarlıqla yanaşı, həm də öz milli, dünyəvi dəyərlərinin  qoruyucusu, daşıyıcısı, vətənpərvərlik hissinin aşılayıcısı kimi milli düşüncə mərkəzi rolunu oynayıb, əsgərlərini döyüşə uğurlamaqla Şuşaya hücumda iştirak ediblər... Söhbətin bu yerində təbii bir sual yaranır ki, bəs bizim ştatlı dindarlar – mollalar, axundlar, müctəhidlər, ayətullahlar və sairləri nə ediblər, onlar da islamdan millətimizin, xalqımızın, dövlətimizin xeyrinə, birliyinə istifadə ediblərmi? Çox üzüntülü (təəssüf) ki, yox cavabı verməliyik. Çünki, bizim mollalar, yalnız, ölü götürmək (baxmayaraq ki, bu da vacibdir), camaatı, hər il, 1333 il qabaq, (hicri 61-ci,miladi 683-cü il) Ərəbistanda, Kərbəlada, Əməvilər hakimi Yezidlə, Məhəmməd peyğəmbərin nəvəsi, 57 yaşlı İmam Hüseyn arasında olan döyüşdə, hakimiyyət (oxu, daha çox maddi maraqlar, nüfuz əldə etmək) uğrunda öldürülən ərəblərçün daha çox ağlatmaqla,  özləri daha çox sərvət əldə etmək və havayı ehsan  üyütməklə  məşğuldurlar. Din xadimlərimiz xalqı, heç olmasa, Quranın “Ey möminlər, öldürülənlərin qisasını almaq taleyimizə yazılmış yazıdır.”(Baqara,178.), “Harda yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxarın onları” (Baqara,191.) kimi tələblərinə uyğun hazırlamalı, baş verən müharibələrdə, böhranlı vaxtlarda, xalqımız ermənilər tərəfindən  soyqırım ediləndə, Qərbi Azərbaycandan (indiki Ermənistandan) kütləvi qovulanda (departasiya aktı) təcavüzkara qarşı cihad elan etməli, xalqın müqavimətinin təşkilatçısı, mənəvi dəstəkçisi olmalıydılar ki, biz bunu da görməmişik.  Burada təbii sual yaranır ki, bizim dindarlar millətin, xalqın həyati vacib işlərinə yaramırsa...onda, oxuduqları moizə  özlərindən başqa kimə və nəyə  lazımdır? İslamın, müqəddəslik adıyla, millətimizə, xalqımıza yad, bizimçün geriçi ərəb dili, ənənəsi, mədəniyyəti (bu gün, artıq –mədəniyyətsizliyi) və müqəddəsləşdirilmiş  ərəb şəxslərinin inhisarı altında saxlanılması,  zorla qəbul etdirildiyi digər millətlərin, xalqların özəlliklərinin qorunması, yaşadılması və inkişafına ciddi əngəl olduğundan, onların milli, dünyəvi, demokratik dövlətçiliyi oluşa (yarana) bilmir. Nəticədə, soyun yaşaması üçün qorunub inkişaf etdirilməli olan çox qiymətli millilik əlamətləri sıradan çıxır, digər xalqların elmi, dünyəvi dəyərlərlə daim yenilənən inkişaf səviyyəsindən kəskin geridə qalmaqla, 1395  il qabaqkı ərəb cəhaləti bataqlığına gömülür. Necə ki, bu gün, böyük Atatürkün qurduğu qardaş, çağdaş, nisbətən yenilikçi, Türkiyə Cühuriyyəti qalstuklu mollaların ifraz etdikləri cəhalətə gömülməkdədir... Başqa sözlə, həyatımızin uğuru sayılan milli dəyərlərimiz, tarixən olduğu kimi, bu gün də islam ümmətçiliyində əridilməklə ərəb geriliyinə assmilyasiya olunmaqdadır. Ümmətçilik,  yalnız, ərəblərə, ərəb olmayan milli simasız din funksionerlərinə və onlardan alət kimi istifadə edən hakimiyyətə sərf edir. Bu assmiliyasiya gedişatı o qədər dağıdıcı,  alçaldıcı, təhqiramizdir ki, ərəb olmayan digər millətlərin, xalqların məsələn, türkün bəzi manqurtları  özünü  Əlinin (bir ərəb kişisi, məsələn, Kəlbəli adı, kəlbi, ərəbcə iti, deməkdir, yəni, mənası  Əlinin iti),  Zeynəbin (bir ərəb qadını)  iti adlandırır, təməli tarixən bütxana olan Kəbə evinə sürünərək gedir, günahkar saydıqlarını müasir məhkəməsiz daşqalaq, qətl etməyi özünə yaraşdırır, fəxr bilir...Şəxsiyyətin fanatikcəsinə, bu qədər, az qala heçə endirilməsinə nə ad vermək olar? İndi mən soruşuram, milli ləyaqətimiz  sıradan çıxarılırsa, gerizəkalıların bu əbləhanə, bəşəri cinayətləırinə hansı ağılla və niyə dözməliyik? Nəhayət, axı, ay adam, 1333 il qabaq, biri-birini qıran iki ərəbdən, türkə, ya başqa xalqa  nə dəxli var? Bədbəxt türk, sənin nə borcuna ki, ərəblər necə yaşayıblar... nolar,  sən  gec də olsa, öz qaramat gününə ağlayasan ki, bəlkə ağ günə çıxasan?.. İslam alimi adlandırılan İbn  Sina  “Risalət-Ül-Adhaviye”  bitiyində (kitabında) deyir, “Ölümdən sonrakı həyata inanmıram. Cənnət, cəhənnəm peyğəmbər uydurmalarıdır.” (“Elm  Din məntiq” saytı,07.12.2015) M.Ə.Rəsulzadə yazır, “Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruq: bizə Ərəbistan göstəryorlardı.”(“Azərbaycan Cümhuriyyəti”,Bakı, Elm,1990,səh.3.) Düşüncəcə  materialist olan K.Marks haqlı olaraq yazır: “Din, xalq üçün tiryəkdir.”  Mənsə, deyərdim, dini mövhumat xalq üçün tiryəkdən də dəhşətli uyuşdurucudur, çünki, tiryəkin uydurma  təsiri bir neçə saatdırsa, dini mövhumatın uydurucu təsiri ömürlükdür, nəticəsi, müsəlman Şərqinin gözümüz önündəki cəhaləti, xarabalıqlarıdır. Bu bəladan, yalnız elm oxumaqla qurtulmaq olar, lakin, beyni uyudulmuş yarımanqurt cahillərsə (bilməzlərsə) tənbəllikdən elm oxumaz, yalnız, öz həyatlarına əsla fayda verməyən, boş,  əsassız söhbətlərlə  hərzəlik edərlər . Nəzərə alsaq ki, dünyanın öncül ölkələri, xalqları, məhz özlərinin özəl milli dəyərlərini qoruyub, elmi, dünyəvi, demokratik inkişaf yoluyla cəmiyyətlərini çağımızın ən möhtəşəm ucalığına çatdırmışlar... geriçi müsəlman dinli xaıqların hələ də çabaladıqları, tarixin üfunətli, faciəli, məhvedici  dibinin İŞİD dərinliyi  açıq  görünər. Bəşər tarixi sübut edir ki, bilik oxumayan, savadsız, dinə, mövhumata, yalana, əfsanəyə, nağıla, boş sözə tapınmaqla - cahilə, əksinə, elm oxuyan, savadlılar isə, əsasında elmi sübut olanı həqiqət kimi qəbul edib,  tərbiyəli, insanpərvər, düşüncəli, bacarıqlı  - kamilə çevrilir. Bu gün, öncül dünyamızı formalaşdıran idarəçilik qaydaları öz üstünlükləri ilə bir daha təsdiq edir ki, yalnız, milli təməllər üzərində çağdaş, dünyəvi, demokratik və  hüquqi dövlət qurmaq mümkündür. Millətə xidmətdə olan – özünə, bəşəriyyətə xidmətdədir. Millətə xidmətdə olmayan sonda, özünün, bəşəriyyətin faydasını da itirmiş olur. Yoxsa, mən... başqasının  qondarma əməlinə hansı əsasla, məntiqlə cavabdeh  sayılmalıyam, onun saxta nümayəndəsinə, əslində isə din adıyla  pərdələnən  bəzirganlara,  peşəkar dələduzlara hesabat verməliyəm... gülünc deyilmi? “İslam ol (təslim ol)” demişdi Rəbb-i ona. “Aləmlərin Rəbb-inə təslim oldum” demişdi o.” (Quran,Baqara, 132.). Burada, hər şey aşkardır, deyiımi?  Düşüncə özgürlüyümü yox edəcəyi, mənliyimi alçaldacağı səbəbindən, bir şəxsiyyət  olaraq,  təslimçiliyi və kiminsə qulu olmağı bacarmayan, tarixən heç vaxt qulluğu yaşamayan kimi – bu düşüncəni,  dünəndən qəbul etmirəm, çünki, məni də yaradanım, belə yaradıb!..Məntiqlə, insanın genetik keyfiyyət məsuliyyəti (tərbiyəsi istisna olmaqla) də, adi “usta məsuliyyəti” kimi, onu yaradanın üzərindədir. Ümumiyyətlə, dünya xalqlarının sağlam həyat tərzi - dinlərdən yaxa qurtarıb, elmi əsaslarla həyat qurmaqla mümkündür.  Bütün bu söhbətdən  mütləq bir fikir yaranır ki, hər  şey...  özünə və millətə  xidmətdə olmalıdır! Millətə xidmətdə olmayan... ona və deməli, özünə   də  gərək deyil. Sözardı:- Bu yazı, ifadə olunduğu kimi qavranılıb, qiymətləndirilərsə, öncə soydaşlarım, bütövlükdə isə bəşəriyyət, nisbilik nəzəriyyəsi müstəvisində, indiyədək onu sarmış cəhalət xülyasından, mövcudluğuna daha çox əsas olan sübutlu  varlığı, reallığı qəbul edib, bu yöndə yaşamalı olduğuna inanmaqla,  dolğun bir ömür yaşaya biləcəkdir. Məmmədxan  Əzizxanlı, hüquqşünas. 04.05.2016-cı il.  Yazı, “Hürriyyət” qəzetinin 10-12 may,2016-cı il sayında, “Təzadlar” qəzetinin 11.05.2016-cı il tarixli sayı və saytında dərc edilmişdir.      N.S                                                                                       

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN