SON XƏBƏRLƏR

İranda öldürülən etirazçıların sayı artıb

2022.11.11, 06:38
İranda öldürülən etirazçıların sayı artıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı noyabrın 8-ə yaydığı məlumatda 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 15092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin öyrənci olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Həmçinin bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar