SON XƏBƏRLƏR

İranda 4 məhkum edam edilib

2023.01.21, 12:44
İranda 4 məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, onlar narkotik maddələrin alveri və adam öldürməkdə təqsirləndiriliblər.

Salmasda edam edilənlərin miliyyətcə azərbaycanlı olan Kamil Düdkanlı və Seyid Fərhad Hüseyni olduqları bildirilib.

Kərəcdə edam edilənlərin birinin kimliyinin Şərəf xan Əkbəri olduğu, başqa şəxsin isə kimliyinin hələlik müəyyənləşdirilə bilmədiyi bildirilir.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar