SON XƏBƏRLƏR

İranda qətldə suçlandırılan daha bir məhkum edam edilib

2022.06.29, 05:09
İranda qətldə suçlandırılan daha bir məhkum edam edilib

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı verdiyi məlumat yayıb.

Əslən Sistan-Bəluçistan əyalətinin İslamabad şəhərindən olan Yusif Səncəri qətldə ittiham olunub.

O, iyunun 22-də edam edilib.  Lakin edam rəsmilər tərəfindən gizli saxlanıldığı üçün bu barədə məlumat gec yayılıb.

İran məhkəmə rəsmiləri və dövlət mediası edamlarla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, bir sıra hallarda edam olunan məhkumların ailələrinə təzyiq edilir ki, məsələni ictimailəşdirməsinlər. Ona görə də edam barədə xəbər vaxtında yayılmır.

Bu edamlara hüquq müdafiəçiləri "gizli edam" adı veriblər və buna görə də ölkədə icra edilən edamların rəsmi statistikada göstərildiyindən daha çox olduğu ehtimal edilir. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar