SON XƏBƏRLƏR

SEPAH məmurları daha 2 iki etnik bəluçu güllələyib

2022.04.28, 10:17
SEPAH məmurları daha 2 iki etnik bəluçu güllələyib

Gunaz.tv

Xəbərdarlıq edilmədən açılan atəş nəticəsində Milad Sarani adlı uşaq yerindəcə ölüb, onun atası Əziz Sarani isə ağır yaralanıb.

Bu barədə Bəluç Fəalları Kampaniyası  məlumat yayıb. Məlumata görə, hadisə aprelin 27-də adı çəkilən şəxslərin yaşadıqları mənzilin qarşısında baş verib. Onlar narkotik qaçaqmalçılığında şübhəli bilindiyi vurğulanır.

Ata və oğulun güllələnməsindən sonra onların avtomobilində axtarış aparılıb. Axtarış zamanı heç bir narkotik və başqa qanunsuz maddə aşkar edilməyib.

Bəluç Fəalları Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabatına görə, ötən il ərzində bəluç vətəndaşlarına qarşı SEPAH və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb. 

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar