SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı kəskin artıb

2022.01.18, 08:19
Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı kəskin artıb

Gunaz.tv

 Əli Səfayifərd əyalətdə son 9 ayda yol qəzalarında ölən və yaralananların statistikasını açıqlayıb.

O, cari günəş ilinin 9 ayında əyalət yollarında baş verən qəzalar nəticəsində 156-ı qadın olmaqla 758 nəfərin həyatını itirdiyini itirdiyini deyib.

“Ötən ilin eyni dövründə yol qəzalarında ölənlərin sayı 606 nəfər olduğu halda cari ildə baş verən qəzalarda ötən illə müqayisədə qəza qurbanlarının sayının 25% çoxaldığı qetdə alınıb”-deyə, Səfayifərd bildirib.

Tibbi Ekspertiza Mərkəzinin başçısı son 9 ayda 3211 nəfəri qadın olmaqla 12489 nəfərin yaralandığını söyləyib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

İranın nəqliyyat donanmasının çox köhnə olması, avtomobillərin təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləclər və düzgün təhlükəsizlik kəmərləri ilə təchiz olunmaması qəzaların baş verməsinə böyük rol oynayır. 

Bununla yanaşı ən əhəmiyyətli risk faktorlarından biri də daxili istehsal olan keyfiyyətsiz avtomobillərin qəzalar zamanı dayanıqlılığının olmamasıdır.

“İrankargər” saytının verdiyi məlumata görə, ölkənin infrastrukturunun, o cümlədən yolların dağıdılması, qeyri-standart olması insanların həyatlarının itirilməsində əsas amillərdən biri sayılır. 

Belə ki, Almaniyada bir il ərzində baş verən qəzalar nəticəsində qeydə alınan ölüm halları ilə İranda 20 günlük yaz bayramındakı ölüm halları bərabərdir.

C.E 
 

افزایش مرگ و میر ناشی از حوادث کار در استان

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar