SON XƏBƏRLƏR

Ərdəbildə boşanma kəskin artıb: Əyalət bu göstəriciyə görə ölkədə 5-ci yerdədir 

2021.12.24, 10:16
Ərdəbildə boşanma kəskin artıb: Əyalət bu göstəriciyə görə ölkədə 5-ci yerdədir 

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli mediaya verdiyi açıqlamada bildirib. O, hal-hazırda Ərdəbil əyalətinin boşanma sayına görə ölkə üzrə 5-ci yerdə olduğunu deyib. 

“Cari günəş ili ərzində əyalətdə 8758 nikah bağlanıb, 2268 boşanma qeydə alınıb. Boşanma hallarında ötən ilin eyni dövrünə nisbətdə azalma müşahidə olmasına baxmayaraq, bu yenə də olduqca yüksək rəqəmdir”-deyə, Qeydiyyat İdarəsinin başçısı bildirib. 

Ş.Rəsuli hər gün əyalətdə 8 boşanma faktının qeydə alındığına diqqət çəkib, hal-hazırda Ərdəbildə  gündəlik 45 uşağın dünyaya gəldiyini, bunun ölkə üzrə əhalinin ortalama artım göstəricisindən aşağı olduğunu söyləyib. 

“Gənclərin gec evlənməsi, boşanma hallarının çoxalması, uşaq dünyaya gətirməyə marağın olmaması, tək övladlılığa üstünlük verilməsi, əyalətdən başqa yerlərə köçün çoxalması və digər faktorlar Ərdəbil əyalətindəm əhalinin sayının azalmasına səbəb olan əsas amilləridir”-deyə, Rəsuli qeyd edib. 

Qeyd edək ki, rəsmi statistikaya görə, hal-hazırda Ərdəbil əyalətinin əhalisi 1 milyon 325 min 269 nəfərdir. 

Onların 927 min 688 nəfəri şəhərlərdə, 397 min 581 nəfəri kəndlərdə yaşayır. Əyalət sakinlərinin 676 min 351 nəfəri kişi, 648 min 918 nəfəri isə qadınlardan ibarətdir.

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma qeydə alınıb. Boşanan cütlüklər isə artıb. 

Gənclər iş təminatı olmadığı üçün ailə qurmaqdan imtina edir.

Ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər. 

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər həyəcan təbili çalaraq ölkədə əhalinin qocalma prosesinin sürətləndiyini bildirib.

Onlar hökuməti gənclərin ailə qurmasına dəstək üçün stimullaşdırıcı addımlar atmağa çağırıblar. 

۷۷۹۱ ازدواج در استان اردبیل ثبت شد - خبرگزاری شبستان ، رسانه حوزه دین ،  فرهنگ و اندیشه

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar