SON XƏBƏRLƏR

ETTELAAT 10 terrorçunun saxlanıldığını iddia edib

2022.08.04, 10:30
ETTELAAT 10 terrorçunun saxlanıldığını iddia edib

Gunaz.tv

Yarım rəsmi "Mehr" xəbər agentliyində yayılan məlumatda həbs edilənlərin "İsrailə bağlı İŞİD üzvləri" olduğu iddia edilib.

Məlumatda 10 nəfərin Türkiyə və İraq sərhəddindən İrana girdikləri və ölkənin qərb və cənubunda terror əməliyyatları planlaşdırdıqları deyilir.

Xəbərdə saxlanılan şəxslərin müqavimət göstərdiyi üçün silahlı qarşıdurmanın baş verdiyi, iki hökumət məmurunun yaralandığı və saxlanılanlardan əlaqə vasitələri, partlayıcı maddələr və silahların götürüldüyü qeyd olunub.

ETTELAAT-ın bəyanatında saxlanılan şəxslərin kimliyi və hansı təşkilata bağlı olduqları barədə hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, son bir ay ərzində ETTELAAT bir neçə dəfə İsrail casuslarını həbs etdiyi barədə bəyanatlar yayıb.

Bir neçə gün bundan öncə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi İranda fəaliyyət göstərən sol meyilli "Komele" təşkilatının bir neçə üzvünün İsrailə casusluq etdikləri üçün saxlanıldıqlarını bildirib.

Adı çəkilən təşkilat iyulun 27-də yaydığı bəyanatda İran hökumətinin iddiasının əsassız olduğunu, bunun İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin uydurması olduğunu deyib.

"Bunlar yalan, anlaşılmaz və əsassız iddialardı və İran hökuməti belə yalan informasiyalar yaymaqla özünün müxtəlif sahələrdə məğlubiyyətlərini ört-basdır etməyə çalışır"-deyə, adı çəkilən təşkilatın bəyanatında qeyd olunub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar