SON XƏBƏRLƏR

11 Nobel mükafatı laureatı İranda etiraz aksiyalarına dəstək verib

2022.09.29, 10:50
11 Nobel mükafatı laureatı İranda etiraz aksiyalarına dəstək verib

Gunaz.tv

Bir çox sənət adamları, elm xadimləri, millət vəkilləri və siyasi xadimlər mesajlarında İran xalqlarının və onun azadlığa nail olmaq üçün milli qiyamını dəstəkləyiblər.

Bununla bağlı bir sıra elm adamları və Nobel mükafatı laureatları İran xalqlarının qiyamını dəstəkləyən bəyanatda bütün həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib və BMT-dən İran həbsxanalarını ziyarət etmək üçün bir heyət göndərməsini istəyiblər.

"Biz Nobel mükafatı laureatlarının İran hökumətinin nümayişçilərə qarşı repressiyalarını qətiyyətlə pisləyirik, Xameneyi və Rəisidən cavabdehlik tələb edirik",- deyə, Nobel mükafatı laureatlarının məktubunda bildirilib.

Amerika, Peru, İsrail və başqa ölkələrdən olan məktub müəllifləri Birləşmiş Millətlər Təşkilatından məhbusların durumunu araşdırmaq üçün İran zindanlarına heyət göndərməsini istəyiblər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar