SON XƏBƏRLƏR

13 il həbs cəzasına məhkum edilən Kazım Səfabəxş Apellyasiya Məhkəməsində bəraət qazanıb

2021.10.20, 07:36
13 il həbs cəzasına məhkum edilən Kazım Səfabəxş Apellyasiya Məhkəməsində bəraət qazanıb

Gunaz.tv

GünAz TV: Birinci instansiya məhkəməsində 13 il həbs cəzasına məhkum edilən güney azərbaycanlı milli-mədəni fəal və tanınmış “Traxtur” tərəfdarı Kazım Səfabəxş (Kazım Koroğlu) Apellyasiya Məhkəməsində bəraət qazanıb.

 

Bu barədə fəalın vəkili Cəfər Xani Şəblu oktyabrın 15-də bir video vasitəsi ilə məlumat verib.

 

Vəkilin sözlərinə görə, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi məhkəmənin Kazım Səfabəxş barəsində çıxardığı 13 il həbs hökmünü ləğv edərək onun azadlığa buraxılması haqqında qərar verib.

 

Vəkil bildirib ki, 13 il həbs cəzası mürəkkəb bir dosyenin quraşdırılması nəticəsində verilmişdir, lakin Apellyasiya Məhkəməsi dosyeni dəqiq araşdırdıqdan sonra Kazım Səfabəxş haqqında bəraət hökmü çıxarıb.

 

https://www.youtube.com/watch?v=74FN4Cg_O1k

 

İyunun 24-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim Müqəyyesə azərbaycanlı fəal haqqında 13 il həbs qərarı çıxarmışdır. O “bölücü qrupu yaratmaq və idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşmişdir. Hakim, Kazım Səfabəxşin adminlərindən olduğu Teleqram kanalını qrup yaratmağın sübutu kimi qiymətləndirib. Çıxarılan məhkəmə hökmündə fəalın Tehran Kitab Sərgisində iştirak etməsi, “Haray Haray mən türkəm” banneri ilə şəkil çəkdirməsi və Milli Sərdar Səttarxanın məzarını ziyarət etməsi irəli sürülən ittihamlara əsas verən dəlil kimi qeyd olunub.

 

Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanının 209-cu kospusuna aparılıb. O sorğu-suala tutulduqdan sonra həbsxananın xüsusi bölümü olan 4-cü korpusa köçürülüb və hələ də həmin korpusda saxlanılır.

 

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş “Tehran traxturçuları” adlanan Güney Azərbaycanın “Traxtur” futbol komandasının azarkeşlərinə başçılıq edib. O “Traxtur”un Tehranda keçirdiyi bütün yarışlarda azarkeş qismində hər zaman aktiv iştirak edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar