SON XƏBƏRLƏR

130-dan çox qurum İranda fəallarının dərhal azadlığa buraxılmasını tələb edib

2022.08.12, 07:26
130-dan çox qurum İranda fəallarının dərhal azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

Onlar həbsdə olan bütün həmkarlar ittifaqı fəalları və işçilərinin dərhal azad olunmasını tələb ediblər. 

130 həmkarlar ittifaqı öz məktubunda bütün dünya işçilərinin İrandakı vəziyyəti diqqətlə izlədiklərini bildiriblər.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da Tehran Avtobus Şirkəti işçilərinin həmkarlar ittifaqına bildirib ki, bu federasiya həmkarlar ittifaqı fəallarına qarşı təzyiq qarşısında susmayacaqlarını bəyan ediblər.

Bu etiraz məktubu və dəstək mesajı hal-hazırda çoxlu sayda əmək fəalları, müəllimlər və təqaüdçülərin İslam Respublikası həbsxanalarında və qeyri-münasib şəraitdə saxlanıldığı bir vaxtda təsadüf edir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar