SON XƏBƏRLƏR

15-ci maddə icra edilməsə, Azərbaycanın gələcəyi naməlum olacaq – Tehranın millət vəkili / VİDEO

2021.10.20, 07:36
15-ci maddə icra edilməsə, Azərbaycanın gələcəyi naməlum olacaq – Tehranın millət vəkili / VİDEO

Gunaz.tv

GünAz TV: Tehranın millət vəkili İlyas Həzrəti Güney Azərbaycanda ictimai tələblərin təmin edilməsi ilə bağlı hökuməti uyarıb.

 

Millət vəkilinin bu barədə danışdığı sözlər mediada video şəkilində yayılıb. Aprelin 15-də bir mərasimdə çıxış edən millət vəkili qeyri-fars millətlərinin hüququ, İrandakı son etiraz aksiyaları, islam mədəniyyəti, islam cümhuriyyətinin ideyaları və s. kimi mövzular haqda danışıb, lakin İran mediası onun çıxışını işıqlandırarkən etniklərin hüquqları barədə dediklərini əks etdirməyib.

 

“Azərbaycanlılar digər nəcib və müsəlman qövmlər kimi, özlərini bütün meydanlarda sübut ediblər. Onların maksimum tələbləri ölkə Konstitusiyasında qeyd olunduğu kimi məktəblərdə ana dilinin tədris olunmasıdır. Azərbaycanlılar konstitusiyada olmayan bir tələb də irəli sürmür. Onlar 15 və 19-cu maddənin icrasını tələb edir, lakin bu təmin olunmur”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Türk Bölgələri Fraksiyasının üzvü sözlərinin davamında vurğulayıb ki, “biz ana dilində təhsil tələbini təmin etməklə bir çox hadisənin qarşısını ala bilərik. Bir kiçik tələb nə üçün böyük bir hadisəyə çevirməlidir?! Lakin bu tələb təmin edilməsə, gələcəkdə daha böyük, qəbuledilməz və qəribə tələblərlə üz-üzə qalacayıq. Bəziləri də xaric ölkələrdə bu hadisədən sui-istifadə edəcək.”

 

https://www.youtube.com/watch?time_continue=25&v=0I30RNiSG9Y

 

 

Son günlərdə bir çox azərbaycanlı millət vəkili ölkə Konstitusiyasının 15-ci maddəsinə istinad edərək məktəblərdə türk dilinin tədris olunmasını tələb edir. 15-ci maddəyə əsasən İranda fars dili ilə yanaşı digər qövmlərin dilləri də tədris oluna bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar