SON XƏBƏRLƏR

160 güneyli milli-mədəni fəal azərbaycanlı siyasi məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb edib

2021.10.20, 07:36
160 güneyli milli-mədəni fəal azərbaycanlı siyasi məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: 160 nəfərdən çox güney azərbaycanlı ziyalı və milli-mədəni fəal İran Məhkəmə Sisteminin rəisinə müraciət edərək koronaviris epidemiyası ilə əlaqədar zindanlarda saxlanılan siyasi məhbuslar, xüsusi ilə də azərbaycanlı fəalların müvəqqəti sərbəst buraxılmasını tələb ediblər.

 

Məktubu imzalayan ziyalılar şair, yazıçı, jurnalist, ictimai xadim və milli-mədəni fəallardan ibarət olub.

 

Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə göndərilən məktubda mühəndis Yaqub Təqəvi, Hüseyn Məhəmmədxani (Güneyli), Həsən Raşidi, Heydər Bəyat, Əzim İbadpur (Eyvəz Taha), Ayət Mehrəlibəyli (Yürüş), Əkbər Azad, Huşəng Cəfəri, Səid Nəimi və s. kimi tanınmış fəalların imzası var.

 

“Koronavirus epiodemiyası bir aydan çoxdur ki, ölkəni bürüyüb. Virusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı gün keçdikcə artır. Zindanlarda da virusun yayıldığına dair xəbərlər yayılır. Zindan məsulları təbii olaraq həm həbsxana, həm də həbsxanadan xaric məkanlarla əlaqədə olur. Ona görə də onlar bu virusu həbsxanaya daşıya bilərlər.

Bildiyiniz kimi, ölkədə dezinfeksiya vasitələri olduqca bahalı və azdır. Bu baxımdan həbsxanalarda vəziyyət daha da ağırdır. Cəza müəssisələrində insan sıxlığı da çox olduğu üçün virusun yayılma şansı daha yüksəkdir. Ona görə də hesab eliyirik ki, bütün siyasi məhbusların məzuniyyətə buraxılması olduqca vacib məsələdir. Şübhəsiz ki, bu insani qərar məhbusların ailəsi, ölkə və dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndiriləcək.”- deyə müraciətin bir hissəsində qeyd olunub.

 

Fəallar məktubun sonunda vurğulayıb ki, azərbaycanlı jurnalist, yazıçı, şair və mədəni fəallar yuxarıda qeyd olunan səbəblərə görə, bütün siyasi məhbuslar, xüsusi ilə də azərbaycanlı mədəni fəalların məzuniyyətə buraxılmasını tələb edir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar