SON XƏBƏRLƏR

18 ölkə Rusiya diplomatlarını ölkədən çıxaracaq

2021.10.20, 07:36
18 ölkə Rusiya diplomatlarını ölkədən çıxaracaq

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkədən çıxaracaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təkcə ABŞ-ı 60 rusiyalı diplomat tərk etməli olacaq.

 

ABŞ Dövlət Departamentindən bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) təmsil olunan diplomatlar vəzifələrindən sui-istifadə edən Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Bundan başqa, rəsmi Vaşinqton Rusiyanın Sietl şəhərindəki baş konsulluğunu bağlayacaq.

 

Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında bəyan edib ki, Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Bundan sonra Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.

 

N.S

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar