SON XƏBƏRLƏR

"20 Yanvar caniləri cəzalandırılmalıdır"-QHT bəyanat yaydı

2022.01.19, 11:40
"20 Yanvar caniləri cəzalandırılmalıdır"-QHT bəyanat yaydı

Gunaz.tv

"Azərbaycan xalqı qədim dövrdən günümüzə kimi həmişə azadlıq və müstəqillik uğrunda mübarizə aparmışdır.

XX əsrin əvvəllərində ermənilər və onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrıseçkilik siyasəti həyata keçirilmiş, torpaqlarımız işğal edilmiş, qanlı faciələr yaşanmışdır. Belə qanlı faciələrdən biri də 20 Yanvardır"-deyə, bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda SSRİ-nin dağılmasına aparıb çıxaran milli-azadlıq hərəkatının başlanması imperiyanın rəhbərlərini narahat edirdi. 

Azadlıq hərəkatını boğmaq üçün Sovet imperiyası Bakı şəhərinə yeritdiyi qoşunlar vasitəsilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə qırğın törətdi. Əliyalın insanları, dinc şəkildə öz haqqını tələb edən azərbaycanlıları qanlı ordu qanına qəltan elədi. 

Qanlı Yanvar faciəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. 

O tarixdən 32 il vaxt keçsə də Azərbaycan xalqı bu hadisəni, onu törədənləri, o dəhşətli anları unutmadı. Xalqımız hər il 20 Yanvarda Şəhidlər Xiyabanına axın edərək, şəhidlərini qürur və ehtiamla yad edir, onların əzizi ruhlarına dualar edir, xatirəsini uca tutur"-deyə, bəyanatda bildirilir.
 
“Müasir İnkişaf” İctimai Birliyi 20 Yanvar cinayətini törədənlərin cəzalandırılmasını tələb edib:

"Bu qanlı hadisəni törədənlərin əməllərini pisləyir, onların cəzalandırılmasını, xalqımıza qarşı uzadılmış və uzadılacaq əllərin kəsilməsini tələb edirik. Qürurla və ehtiramla yad etdiyimiz şəhidlərimizə isə Allahdan rəhmət diləyirik".

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar