SON XƏBƏRLƏR

20 ildə Təbriz metrosunun cüzi hissəsi istifadəyə verilib- "Vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamlar var"

2021.12.29, 12:55
20 ildə Təbriz metrosunun cüzi hissəsi istifadəyə verilib- "Vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamlar var"

Gunaz.tv

Onun sözlərinə görə, 20 il müddətdə tikintisi nəzərdə tutulan 70 kilometr metro xəttinin yalnız 18 kilometri istifadəyə verilib.

“Bütün media qurumlarından, öyrənci birliklərindən, ictimai rəydən məsələnin işıqlandırılması üçün bizə yardım etmələrini, təbrizlilərin metro tikintisi ilə bağlı bizdən tələblərinin yerinə yetirmək üçün dəstək vermələrini xahiş edirəm”-deyə, R.Dehqannejad iümumi müraciət edib.

Təbriz metrosunun inşası ilə bağlı məsələlərə aydınlıq gətirilmədiyinə diqqət çəkən R.Dehqannejad 20 il ərzində metro tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamların olduğunu deyib.

“Xalq bilməlidir ki, bu müddət ərzində Təbrizin altında nələr baş verib.

Ayrılan milyardların taleyi, hara xərcləndiyi barədə heç bir hesabat verilmir. Artıq söz güləşinin vaxtı keçib və məsələlərin açıqlanmasına çalışmalı, Təbrizi layiq olduğu səviyyəyə qaldırmaq üçün səy göstərməliyik”-deyə, Şəhər Şurasının üzvü bildirib.

O, metro rəhbərliyinin işlərin davam etdirilməsi üçün vəsait olmadığını söyləyib və əlaqədar qurumlar, millət vəkillərini vacib layihəyə büdcə ayrılması üçün fəaliyyətsizlikdə günahlandırıb.

C.E

 

دبیر کارگروه حمایت از حقوق جوانان به عنوان بهترین مجری آسمانیان انتخاب شد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar