SON XƏBƏRLƏR

2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər

2021.10.20, 07:36
2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər

Gunaz.tv
GünAzTv: ATƏT-in fəaliyyətdə olan sədri kimi Astana ümid edir ki, tərəflər razılaşmaları davam etdirsə, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Bunu Bakıda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev bu gün deyib. "Biz münaqişənin həlli üçün bütün imkanlarımızdan istifadə edirik, son Afina razılaşmaları və Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşü bizə nikbinlik verir", - Saudabayev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekununa dair brifinqdə deyib. "Bu mənim ATƏT-in sədri kimi birinci səfərimdir və mən Qazaxıstanın ATƏT-ə sədrliyində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edirəm", - nazir deyib. Saudabyevin sözlərinə görə, səfərin əsas vəzifələrindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bütün spektri görməkdir. "Bu, ATƏT-in sədri kimi Qazaxıstan üçün prioritetdir və ölkə Prezidenti Nursultan Nazarbayev bu münaqişəyə marağı azaltmayıb. Bizə məsələnin tarixi məlumdur və münaqişənin həlli üçün bütün vasitələrdən istifadə edəcəyik", - o deyib. Saudabayevin sözlərinə görə, azərbaycanlı həmkarı ilə görüş konstruktiv keçib və Prezidentlə görüşü gözlənilir. Xəbərin menbəi:Trend News

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar