SON XƏBƏRLƏR

"İranlı öyrəncilərin qarşı repressiyaların qarşısını almaq üçün dərhal tədbir görün"-2300 amerikalı alim Baydenə məktub yazıb

2022.11.03, 08:19
"İranlı öyrəncilərin qarşı repressiyaların qarşısını almaq üçün dərhal tədbir görün"-2300 amerikalı alim Baydenə məktub yazıb

Gunaz.tv

“İranda öyrənci hərəkatının tarixi zəngindir və bu hərəkat İran xalqının azadlıq və demokratiya uğrunda səylərinin önündə olub”,- deyə, açıq məktubda qeyd edilib.

Məktubu yazanlar 1979-cu il inqilabı və ondan sonrakı illərdə minlərlə öyrəncinin həyatının itirildiyi vurğulanıb və Amerika hökumətindən daha çox itkilərin, öyrəncilərinin öldürülməsinin qarşısının alınması üçün təcili addımlar atması istənilib.

Aralarında 10 Nobel mükafatı laureatı və 425 iranlı alimin də olduğu bu məktubu imzalayanlar Co Baydendən İrandakı bütün insan hüquqları pozucuları məsuliyyətə cəlb olunana qədər İran rejimi ilə hər hansı danışıqları dayandırmağı və sanksiyaların ləğvi və ya azaldılmasından çəkinməyi tələb ediblər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar