SON XƏBƏRLƏR

24 iyul etirazları ilə bağlı 11 təbrizli fəal məhkəməyə çağrılıb

2021.10.20, 07:36
24 iyul etirazları ilə bağlı 11 təbrizli fəal məhkəməyə çağrılıb

Gunaz.tv

Güneyli fəallar Cabbar Zahidi, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar kazimi, Arif Muradpur, Əbülfəz Kəraməti, Hüseyn Yusifi, Ulduz Qasimi və Münirə Çəmən Gülzar son müdafiələrindən sonra, ittihamları ilə bağlı yenidən məhkəməyə cəlb olunmaları ilə bağlı çağırış vərəqəsi alıblar.

Təbriz Prokurorluğunun 17-ci bölməsi tərəfindən çıxarılan qərarda fəallar “qeyri-adi hərəkətlər etmək, ictimai asayişin pozulmasına səbəb olan və qanunsuz yığıncaqlara qatılmaqla vətəndaşların iş rejimləriniə, asayiş və təhlükəsizliklərinə xələl gətirmək”də ittiham olunublar.

Prokurorluğun başqa bir qərarına görə, Pəriçöhrə Məhəmmədpur, Əkrəm Səfəri, Məsumə Şahi və Zəhra Xadimrad barəsində “ictimai asayişi pozmaq” ittihamına görə məhkəməyə cəlb olunmaları hökmü ləğv olunub.

Güney Azərbaycanının siyasi təşkilatları və milli fəallarının Xuzistan bölgəsində həftələrlə davam edən etirazlara dəstək məqsədilə 24 iyul tarixinə verilən çağırış nəticəsdində Təbrizdə etiraz mitinqi keçirilmişdi. İran polisi və təhlükəsizlik qüvvələri digər şəhərlərdə əhalinin toplaşmasına icazə verməmişdilər.

Təbrizdə keçirilən etiraz mitinqində əhali, ölkənin cənub qərbində yerləşən Əhvaz bölgəsində ərəb icmasının etirazlarına dəstək məqsədilə “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirərək hökumətin siyasətlərinə etiraz etmişdilər.

Etiraz aksiyası günü, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılmışdır.

Onlar dindirildikdən sonra Təbriz zindanına köçürülmüş. Sonradan ağır girovlar qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdılar.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar