SON XƏBƏRLƏR

260 siyasi fəal İran hökumətinin son repressiyalarını qınayıb

2021.10.20, 07:36
260 siyasi fəal İran hökumətinin son repressiyalarını qınayıb

Gunaz.tv

GünAz TV: İranda yaşayan 260 sivil və siyasi fəal hökumətin aktivistlər, jurnalistlər və digər şəxslərə qarşı son təzyiqlərini və ağır həbs hökmlərini qınayan bəyanat yayıb.

 

Onlar məhkəmə sisteminin yeni rəhbəri İbrahim Rəisinin “ədalətin şirin dadı” şüarına qarşılıq olaraq bildiriblər ki, ictimai fəallar bu günə qədər acı daddan, ağır hökmlər və yüksək məbləğli mülki vəsiqələrdən başqa heç nə dadmayıblar.

 

Bəyanatda həmçinin bildirilir ki, təhlükəsizlik qüvvələri qadın siyasi məhbuslara qarşı əxlaqla bağlı ittihamlar sürməklə, onları və ailələrini mənəvi sındırmağa çalışırlar.

 

Fəallar həmçinin rəsmilərin məhkum anaların öz övladları ilə telefon əlaqəsi yaratması və görüşməsinə törətdiyi əngəlləri İranda hökumətin qadın siyasi məhbuslara qarşı tətbiq etdiyi ən geniş yayılmış təzyiq vasitəsi olduğunu vurğulayıblar.

 

Qeyd etmək lazımdır ki, hazırda İranda onlarla qadın siyasi məhbus var. Onlardan bəzilərinin ikili vətəndaşlığı var. Onlardan biri Nazənin Zağəridir. Britaniya-İran vətəndaşlığı olan xanım Zağəri saxta ittihamlarla həbs edilib və onun öz azyaşlı qızı ilə görüşməsinə maneələr törədilir.

 

Digər tərəfdən, bir neçə gün öncə futbola tamaşa etmək üçün stadiona daxil olmağa çalışdığına görə haqqında cinayət işi açılan gənc qızın özünü yandıraraq öldürməsi bir daha İranda qadın haqları məsələsini qabardıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar