28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17 17:54

Svanların kompakt yaşadığı Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində 1987-ci ildə sel daşqınları zamanı 28 nəfəri həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər, ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilmiş Rahib Məmmədovun qardaşı Sahib Məmmədov Dmanisidə baş verən insidentlə bağlı açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

S. Məmmədov bildirib ki, Dmanisidə məişət zəminində baş vermiş xırda hadisəni böyütmək, ona siyasi çalar vermək və etnik qarşıdurma kimi təqdim etmək ancaq Gürcüstan və Azərbaycan xalqları arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərini gözü götürməyənlərin işi ola bilər:

“Mən Dmanisi rayonunun bütün sakinlərini ayıq-sayıq olmağa çağırıram, heç bir təxribata, qızışdırıcı çağırışlara getməməyə səsləyirəm. Artıq Gürcüstanın aidiyyəti strukturları məsələyə münasibət bildiriblər və araşdırmalara başladıqlarını bəyan ediblər. Əminəm ki, məsələ nəzarətə götürülüb, günahkarları cəzalandırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

Mənim qardaşımın həyat hekayəsi Gürcüstan və Azərbaycan xalqları arasında necə möhkəm dostluq əlaqələri olduğunu göstərdi. Rahib həlak olan gün kənddə doğulmuş oğlan uşağını onun qəhrəmanlığının şərəfinə Rahib Çanturiya adlandırıblar”.

S. Məmmədov qeyd edib ki, bu gün də Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu təqdim edən çoxlu fakt sadalamaq olar: “Hər iki ölkənin rəhbərliyi bu münasibətləri daha da möhkəmləndirmək üçün əllərindən gələni edirlər. Biz çətin günlərdə bir-birimizə arxa olmuşuq, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər var və bu münasibətləri qoruyub saxlamaq hər birimizin borcudur”. (apa.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12