29 ildən sonra Şuşada musiqi bayramı: Qaladan dünyaya verilən mesajlar

2021-05-13 12:24

​​​​​​​50 milyonluq Azərbaycan xalqının qutsal şəhəri Şuşa tarixi günlərini yaşayır. 2 gündür ki, erməni vandallarından azad edilmiş Şuşada,  Azərbaycanın mədəniyyət paytaxtında «Xarıbülbül» müsiqi festivalı keçirilir.

Gunaz.tv Quote | Gunaz article

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordumuzun baş komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Şuşaya səfər edib. Musiqi festvalında iştirak edən mədəniyyət xadimləri, media nümayəndələri, xarici qonaqlar da Şuşaya yola düşüb.
 
Qeyd edək ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festivalın təşkilatçısı Heydər Əliyev Fondudur.

Möhtəşəm festival Şuşanın məşhur Cıdır düzündə təşkil olunub. Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qarabağda bu cür musiqi festivalları təşkil olunurdu. Sonuncu “Xarı bülbül” festivalı erməni vandalimzi nəticəsində dağıdılmış Ağdam şəhərinin “İmarət” stadionunda keçirilmişdi.
28 il əvvəlki Azərbaycan ruhu yenidən doğma şəhərimizə qayıtdı.

“Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar.

Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.

Əminəm ki, əziz dostlar, bunu görürsüz, bunu hiss edirsiz. Artıq üçüncü dəfədir ki, Şuşaya gəlirəm. Hər dəfə gələndə buradan ayrılmaq istəmirəm. Şuşanın özünə məxsus aurası var.  Dünayda Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu günü uzun fasilıədən sonra azad Şuşada toplaşmışıq. Burada Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada gözəl musiqi bayramını qeyd edəcəyik”. 

Bunu musiqini festivalının açılış mərasimində Şuşa zəfərinin qururunu yaşayan və emosiyalarını gizlədə bilməyən prezident İlham Əliyev bildirdi.

Dövlət başçısı musiqi festivalının bir mesaj olduğunu vurğuladı: 

“8 noyabrda Şuşaya qan tökərək, vuruşaraq qayıtmışıq. Bu gün isə Azərbaycan mədəniyyətini görkəmli nümayəndələri Şuşaya qayıdıb. Bu reallıqdır. Bu reallıqlda hər kəs hesablaşmalıdır. Biz Şuşada əbədi yaşayacağıq. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb”. 

Bu o deməkdir ki, Şuşa və Qarabağ Azərbaycan türklərinin torpağıdır. Ermənilər tarixən torpaqlarımıza göz dikib və 1990-cı illərin əvvəllərində himayədarlarının köməyi ilə Qarabağı, onun incisi, Qafqazın konservatoriyası adlanan Şuşanı işğal edib, xarabazara çeviriblər. Bundan sonra Şuşa yenidən qurulacaq, yenə Azərbaycanın, Qafqazın mədəniyyət beşiyi olacaq.

Şuşadan verilən daha bir mesaj “Xarı bülbül” musiqi festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışıdır. Uzun illər ermənilər və Azərbaycan xalqının birliyini, Azərbaycanın güclənməsini istəməyən bəzi qonşu dövlətlər milli birliyimizi parçalamağa, ayrı-seçkilik yaratmağa çalışıblar. Azərbaycan isə bütün xalqların, dinlərin rahat, sülh şəratində yaşaya bildiyi ölkə ölduğunu bütün dünyaya sübut etdi.

“Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. 

Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. 

Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”,-dövlət başçısı belə dedi.

Festivalın birinci gecəsi erməni separatçılarını lərzəyə salan daha bir hadisə baş verdi. 29 ildən sonra Şuşada bayram atəşfəşanlığı keçirildi. Mayın 13-də isə şəhərin “Gövhər ağa” 29 ildən sonra bayram namazı qılındı. 
Bütün bunlar milli ruhumuzun, Azərbaycan ruhunun Şuşaya, Qarabağa qayıtdığının göstəricisidir. Dünyaya verilən əsl mesaj budur: 28 il əsarətdə qalmış Şuşa yenə bizimdir, əsl sahibinindir. Bayramınız mübarək!

Ayxan


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12