SON XƏBƏRLƏR

3 azərbaycanlı milli-mədəni fəal Apellyasiya Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
3 azərbaycanlı milli-mədəni fəal Apellyasiya Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi, Əmir Səttari Rəuf və Cavad Əhmədi Yekanlı Urmiya Apellyasiya Məhkəməsinin 1-ci şöbəsinə çağırılıb.

 

Adlarını çəkdiyimiz fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda yaxalanmışdır. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən 12-ci ildönümü mərasimi ilə bağlı saxlanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün buraxılsa da adlarını çəkdiyimiz fəallar bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar yaxalanarkən döyülüb, Cavad Əhmədi Yekanlı təcridxanada saxlandığı müddətdə vəhşicəsinə işgəncə edilib.

 

Uzun müddət Sulduz Məhkəməsində davam edən prosesdən sonra ittihamlardan bəraət qazanan fəallar Urmiyə prokurorunun müavininin şikayəti üzrə Apellyasiya Məhkəməsinə çağırılıb. Onlardan oktyabrın 9-da Apellyasiya Məhkəməsinə müraciət etmələri tələb olunub.

 

Əmir Səttarinin atası girov qoyduğu mülki vəsiqə ilə bağlı  ötən aylarda Sulduz Məhkəməsinə müraciət etdiyi zaman ona bildirilmişdir ki, “təhlükəsizlik qüvvələrinin təzyiqi ilə yenidən məhkəmə prosesinə başlanılacaq, bununla bağlı fəallar yenidən məhkəməyə çağırılacaq.”

 

Adını çəkdiyimiz fəallar 2019-cu ilin birinci aylarında Sulduz 2 nömrəli Cinayət Məhkəməsinin 103-cü şöbəsində mühakimə olunub, nəyahət qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparmaq kimi ittihamlardan bəraət qazanmışdılar.

 

Əmir Səttari hazırda Təbriz zindanında saxlanılır. Başqa dosyeyə görə həbs edilən fəal məhkumluq müddətini başa vurmasına baxmalayaraq sərbəst buraxılmır, onun həbs cəzası artırılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar