SON XƏBƏRLƏR

3 il keçdi – Təbriz-Məşhəd qatarında baş verən hadisəyə görə kimlər müqəssirdir?

2021.10.20, 07:36
3 il keçdi – Təbriz-Məşhəd qatarında baş verən hadisəyə görə kimlər müqəssirdir?

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi Təbriz-Məşhəd qatarının keçirdiyi qəzadan təxminən 3 il keçməsinə baxmayaraq hələ də hadisə ilə bağlı hesabatın açıqlanmadığına etiraz edib.

 

Bu barədə mətbuata danışan millət vəkili hadisənin araşdırılmadığını Azərbaycan əhalisinə qarşı hörmətsizlik adlandırıb.

 

“Bu məsələyə görə parlamentin rəyasət heyətinə ciddi xəbərdarlıq etdim. Bildirdim ki, artıq hadisənin baş verməsindən 3 il, komissiyada müzakirə olunmasından isə 6 ay keçir. Nə üçün hələ də bu barədə parlamentə hesabat təqdim olunmayıb və həmin hesabat açıq iclasda oxunmayıb.”- deyə o qeyd edib.

 

Azərbaycanlı millət vəkilinin sözlərinə görə, 161 deputat 3 ay əvvəl qatar hadisəsi ilə bağlı parlamentdə hesabatın oxunmamasına etiraz bildirib.

“Bu hadisəyə görə yalnız dövrün Yol və Şəhərsalma naziri cənab Axundi məsuliyyət daşımır. Hesab eliyirəm ki, hesabatın 10-cu parlamentdə oxunmasına imkan verməyən bir cərəyan mövcuddur. Bütün hallarda bu iş millət vəkilləri və Azərbaycan əhalisinə qarşı böyük hörmətsizlikdir.”- deyə Əhməd Əlirza Beygi əlavə edib.

 

Qeyd edək ki, 2016-cı il noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Siman əyalətində ağır qəza keçirib. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verdiyi deyilən qəzada təxminən 50 soydaşımız həlak olub. Bu günə qədər hadisənin təfərrüatı və ona səbəb olanların kimliyi açıqlanmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar