SON XƏBƏRLƏR

3 sentyabr (12 şəhrivər) Yürüşü barədə növbəti dəstək BƏYANATları yayılıb

2021.10.20, 07:36
3 sentyabr (12 şəhrivər) Yürüşü barədə növbəti dəstək BƏYANATları yayılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı avqustun 27-də (şəhrivərin 5-də) keçirilən dinc Etiraz Yürüşlərinin təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalması, bütün azərbaycanlıları qəzəbləndirib.

 

Rejimin bu antidemokratik davranışını heç bir şəkildə həzm etməyən soydaşlarımız müxtəlif vasitələrlə, etirazçılara qarşı tətbiq olunan şiddəti məhkum edib və yeni etirazların həyata keçirilməsinə qərar veriblər.

 

Həyata keçiriləcək yeni etiraz yürüşləri Azərbaycanın müxtəlif təşkilatları, qurum və mediası, tanınmış ictimai xadimləri və müxtəlif şəhərlərin Milli Hərəkat fəalları tərəfindən dəstək almaqdadır.

 

Yeni yayılan dəstək bəyanatları arasında Təbriz Pəyam-i nur universitetinin bir qrup öyrəncisi, Təbriz universitetlərinin öyrənci fəalları, Təbriz azad universiteti məzunları, Azərbaycanın milli qurtuluş ordusu, Təbrizin Milli Hərəkat fəallarının və s kimi Bildiriləri yer almaqdadır.

 

Bəyanatlarda rejimin avqustun 27-də (şəhrivərin 5-də) keçirilən dinc Etiraz Yürüşlərinə qarşı tətbiq etdiyi şiddət qətiyyətlə məhkum edilib və Etiraz Yürüşlərinin davamı vacib sayılıb, xalqımız isə Kütləvi Etirazlara dəvət olunub.

 

 

Keçiriləcək Etiraz Yürüşlərinin vaxtı və zamanı: 

Təbriz: Bazar (Ostandari-Rastaküçə arası) / sentyabrın 3-ü (şəhrivərin 12-i), yerli vaxtla saat 18:00

 

Urmu: Urmu şəhəri, Vilayət-i fəqih meydanı, İmam xiyabanı, Ətayi xiyabanı, Besət xiyabanı, Cənubi Xəyyam xiyabanı, Kaşani xiyabanı, Əyalət meydanı   / Sentyabrın 3-ü (şəhrivərin 12-i), yerli vaxtla saat 18:00

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar