SON XƏBƏRLƏR

4 güney azərbaycanlı fəal müvəqqəti olaraq sərbəst buraxılıb

2021.10.20, 07:36
4 güney azərbaycanlı fəal müvəqqəti olaraq sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Fevralın 26-da 4 güney azərbaycanlı milli-mədəni fəal Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq azadlığa buraxılıb.

 

2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı saxlanılan Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi və Məhəmməd Mahmudi mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Əyyub Şiri 1985-ci ildə Təbrizdə dünyaya göz açıb. O ali təhsillidir, iki uşaq atasıdır.

 

36 yaşı olan Davud Şiri orta məktəbi qurtarıb. O evlidir, iki uşağı var.

 

Nasir Xülusinin 40 yaşı var, Təbrizdə doğulub. Məlumata görə, təhlükəsizlik orqanları inşaat mühəndisi olan fəalın iqtisadi fəaliyyətinə maneçilik törədir.

 

Məhəmməd Mahmudi də 1979-ci ildə Təbrizdə doğulub. Kənd təsərrüfatı mühəndisliyi üzrə təhsil alan azərbaycanlı fəal evlidir, onun iki uşağı var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar