SON XƏBƏRLƏR

4 nəfər tutuqlu milli-mədəni fəal barədə mülki vəsiqə qərarı çıxarılıb

2021.10.20, 07:36
4 nəfər tutuqlu milli-mədəni fəal barədə mülki vəsiqə qərarı çıxarılıb

Gunaz.tv

GünAz TV: Mərhum Cəfərzadə ailəsinin dəfn mərasimi zamanı tutuqlanan Bəhmən Nəsirzadə, Şirzad Hacilu, Vəhid Faizpur və Şəhram Yüzbaşı barədə mülki vəsiqə qərarı çıxarılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə girov qoymağa məcbur ediliblər. Lakin tutuqluların yaxınları istənilən vəsiqəni hazır etsələrdə, onların azadlığı iki gün öncə (4-cü gün , pəncşənbə günü)  mümkün olmayıb. Onlar hazırda Xoy şəhərinin mərkəzi zindanında saxlanılırlar.

 

Qeyd edək ki, son günlərdə Güney Azərbaycanın Xoy şəhərində tutulanan təxminən 100 nəfər azərbaycanlı fəallar azad edilib. Adını çəkdiyimiz 4 nəfər isə tutulub, yalnız günümüzə qədər azad edilmyən fəallardır. Tutulanların hamısı yol qəzası nəticəsində dünyalarını dəyişən mərhum İbrahim Cəfərzadə, onun həyat yoldaşı Mina Kəhrübayi və 1 yaşlı övladları Ayla Cəfərzadənin dəfn mərasimi zamanı yaxalanmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar