SON XƏBƏRLƏR

50-dən çox erməni quldurunu məhv etmiş cəsur kəşfiyyatçının anım günüdür

2021.10.20, 07:36
50-dən çox erməni quldurunu məhv etmiş cəsur kəşfiyyatçının anım günüdür

Gunaz.tv

Nurəddin Yolçuyev 29 iyul 1963-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub.

1980-ci ildə orta məktəbi bitirib, bir il kənd təsərrüfatında (kolxozda) çalışıb.

Nurəddin iki illik hərbi xidmətini Almaniyada başa vurub. Hərbi xidmətdə olduğu müddətdə vaxtaşırı Əfqanıstana da ezam edilib.

Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir. 1985-ci ildə həm işləmək, həm də təhsil almaq üçün komsomol göndərişi ilə Rusiyanın Arxangelsk vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə qiyabi olaraq ali məktəbə daxil olur.

Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddinin də iştirakı və təşəbbüsü ilə Arxangelskdə yaşayan bir qrup azərbaycanlı və çeçen işlərini, təhsillərini ataraq Azərbaycana gəlir. Onlar birbaşa Ağdama hərbi komissarlığına yollanıb milli orduya götürülməyi tələb edirlər. 

Ancaq o zaman hərbi komissarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar. Mayın 1-nə qədər bu dəstədə döyüşdükdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi tabora qoşulurlar. Bundan sonra Nurəddinin fəaliyyəti daha da güclənir, onun öz bacarığından ıstifadə etmək imkanları daha da genişlənir. 

Naxçıvanik, Aranzəmin, Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edir, igidliyinə görə dəfələrlə mükafatlandırılır, bölük komandirinin müavini vəzifəsinə təyin olunur. Nurəddin 50-dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edərək, xeyli silah-sursat ələ keçirib.

Ağdam rayonunun Əliağalı kəndindən videogörüntülər - YouTube

1992-ci ilin yayında keçirilən Sırxavənd-Kiçan əməliyyatı zamanı Nurəddinin xidmət etdiyi alay böyük hünər göstərir. 

Nurəddin Ağdərə bölgəsinin bütün qaynar nöqtələrində döyüşüb, ordunun bölmələrini ağır vəziyyətdən dəfələrlə qurtarıb. 

1992-ci il iyunun 22-də Qazançı uğrunda gedən döyüşdə o, yenə də ön cərgələrdə olub, bir neçə əsgərimizi düşmənin əsirliyindən xilas edib. Elə həmin il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində postdan növbəti dəfə kəşfiyyata gedən 29 yaşlı Nurəddin minaya düşərək həlak olur.

Ağdam rayonu. Quzanlı qəsəbə qəbristanlığında uyuyan Şəhidlərimiz - YouTube

Cəsur kəşfiyyatçı Quzanlı qəbirstanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar