SON XƏBƏRLƏR

6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb

Gunaz.tv

GünAz TV: Təbriz məhkəməsi Azərbaycan Milli Hərəkatının qocaman fəalı mərhum Əziz Purvəlinin yas mərasimində saxlanılan 6 fəal haqda hökm çıxarıb.

 

Məlumata görə, İnqilab Məhkəməsinin (Dadsəra) 1-ci şöbəsi İrəc Şirzad, Mehdi Dustdar Şeyx Əhməd, Həbib Nigəhban, Ədalət Hacı, Əli Radməneş və Vüqar Nemət Nəsirkəndinin təqib olunmasının dayandırılmasına dair qərar çıxarıb, onların barəsində təşkil olunan dosye bir dəfəlik bağlanıb.

 

Fəallar mayın 25-də Ə.Purvəlinin yas mərasimi zamanı Təbrizin “Vadi rəhmət” qəbiristanlığında saxlanılıb, onlar Təbriz şəhid Beheşti Məhkəmə Kompleksində nizam-intizamı və ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunmuşdur.

 

Qeyd etmək lazımdır ki, İ.Şirzad saxlanılarkən onun şəxsi avtomobili də təhlükəsizlik qüvvələri tərəfindən götürülmüşdür. Avtomobil bu müddətdə məmurlar tərəfindən istifadə olunub və 500 kilometrdən çox məsafə qət edib. Azərbaycanlı fəalın avtomobili hətta qəza da keçirib. Qəza nəticəsində avtomobilin müxtəlif yerlərinə ziyan dəydiyi bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar