SON XƏBƏRLƏR

80-ə yaxın fransız rəssam və ziyalıdan iranlı həmkarlarına dəstək

2022.07.28, 04:52
80-ə yaxın fransız rəssam və ziyalıdan iranlı həmkarlarına dəstək

Gunaz.tv

İyulun 27-də Fransanın "Liberation" qəzetində dərc olunan bəyanata əsasən, bu məşhur şəxslər İran kinorejissorlarının  zülm və güclə mübarizə əzmini yüksək qiymətləndirib və onlar arasında mövcud olan həmrəyliyi alqışlayıblar.

"Həbsdə olan iranlı kinorejissorlar, siz azadlığa çıxana qədər sarsılmaz dəstəyimiz davam edəcək
Biz öz bədii fəaliyyətlərini davam etdirmək üçün hər gün mübarizə aparan bütün İran sənətçiləri, yazıçıları və kinematoqrafçıları ilə tam həmrəy olduğumuzu bildiririk"-deyə, bəyanatda bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar