SON XƏBƏRLƏR

Abbas Lisani yenidən əməliyyat olunub

2022.08.23, 13:20
Abbas Lisani yenidən əməliyyat olunub

Gunaz.tv

Həkimlər Güney azərbaycanlı fəalın cərrahi əməliyyatından sonra ona təxminən 1 aya yaxın hərəkət etməməyi, tam istirahət etməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçmək tövsiyə ediblər.

Siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.

Abbas Lisani 6 aylıq məzuniyyət müddətinin bitdiyi üçün avqustun 13-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.

Ərdəbil şəhərinin məhkəmə-tibbi ekspertizası və Lisaninin mütəxəssis həkimi doktor Rəhimi Məmqaninin təqdim etdiyi müalicə prosesinin tibbi sənədlərinin tədqiqinə əsasən, azərbaycanlı siyasi fəalın məzuniyyət müddəti uzadılıb.

Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinin rəhbəri Abbas Lisaniyə bildiriblər ki, yoxlamaların təfərrüatları məhkəmənin bildiriş sistemi vasitəsilə ona göndəriləcək.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar