SON XƏBƏRLƏR

Azərbaycan və İsrail arasında sənədlər imzalanıb

2022.04.06, 10:22
Azərbaycan və İsrail arasında sənədlər imzalanıb

Gunaz.tv

İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Mikayıl Cabbarov İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır.

İqtisadiyyat naziri Azərbaycanda aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının perspektivləri barədə fikirlərini bölüşüb.

İsrailin turizm naziri Yoel Razvozov ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.

Qeyd olunub ki, iqtisadi-ticarət sahəsində əməkdaşlıqda, işgüzar münasibətlərin inkişafında hər iki ölkənin aidiyyəti qurumları, işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarətin həcmi 2021-ci ildə 2 dəfəyə yaxın, bu ilin yanvar-fevral aylarında isə 6 dəfə artıb. 

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İsrailin “Rayzone” şirkəti arasında “big data” platformasının hazırlanması və idarə olunmasına dair layihə ilə bağlı memorandum, həmçinin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin “Mekorot” şirkəti arasında konsultasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanıb. (azertac)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar