SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

2022.04.25, 10:06
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Gunaz.tv

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.

Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar