SON XƏBƏRLƏR

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2022.01.28, 10:30
Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

Gunaz.tv

Onun sözlərinə görə cari günəş ilinin ilk 9 ayı ərzində əyalətdə 352 nəfər yol qəzaları nəticəsində həyatını itirib.

Kəmali ötən ilin eyni dövründə bunun 302 nəfər olduğunu və ötən ilin oxşar dövrü ilə müqayisədə qəzada ölənlərinin sayının 16.5% çoxaldığını qeyd edib.

Tibbi Ekspertiza Mərkəzinin başçısı bununla yanaşı 9 ayda Həmədan yollarında baş verən qəzalarda 5160 nəfər yaralandığını və ötən illə müqayisədə yaralı sayında da 12.5% çoxalma qeydə alındığını bildirib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, cari günəş ilinin ilk 9 ayında ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı 13154 min nəfərdir və ötən illi oxşar dövrünə nisbətdə 11.7% çoxalıb.

C.E
 

هیچ مورد ظاهری از مارگزیدگی بر روی جسد دیده نشده است - ایرنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar