SON XƏBƏRLƏR

Təbrizdə aksiya: Tələbələr etiraza qalxdı-VİDEO

2022.04.28, 07:56
Təbrizdə aksiya: Tələbələr etiraza qalxdı-VİDEO

Gunaz.tv

Aksiyaya səbəb İran hökumətinin xüsusilə xanım öyrəncilərin geyimlərinə və hicablarına nəzarət etmək üçün qızlar yataqxanasının qarşısına məmur və “əxlaq polisi” yerləşdirməsi olub.

Səhər saatlarında dərsə getmək istəyən xanım öyrəncilərdən bir neçəsi geyimlərinə görə yataqxanadan buraxılmayıb və buna etiraz edən öyrəncilər aksiya keçiriblər.

Tibb Elmləri Universiteteti qarşısına toplaşan öyrəncilər "nə kazarma, nə zindan, salam olsun universitetə", "ləyaqətsiz məsul istefa, istefa" kimi şüarlar səsləndiriblər. 

Bundan öncə son bir neçə gün ərzində hökumətin sərəncamı əsasında bir neçə şəhərin universitetində polis məmurları öyrəncilərin geyimlərinə müdaxilə etdikləri üçün alsiyalar keçirilib, polislərlə öyrəncilər arasında qarşıdurma olub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar