SON XƏBƏRLƏR

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib-VİDEO

2022.08.17, 07:34
Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib-VİDEO

Gunaz.tv

Onlar şəhərin yerüstü piyada keçidlərindən birində "Azərbaycan ekologiyasına qarşı cinayət" yazılmış baner asıblar.

Qeyd edək ki, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün bərpa işləri gecikdirildikcə onun tamamilə yox olacağı təhlükəsi artır.

İranın keçmiş kənd təsərrüfatı naziri və İran Ətraf Mühiti Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmu gölünün qurumasının törədə biləcəyi faciələr barədə xəbərdarlıq edib və gölün quruyacağı təqdirdə İranda hakimiyyətin devriləcəyini bildirib.

O, Urmu gölünün quruyacağı təqdirdə Təbrizin tamamilə təxliyə edilməli olacağını deyib və bunun 1 trilyon dollara başa gələcəyini söyləyib.

 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar