SON XƏBƏRLƏR

Zənganda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

2022.06.14, 10:05
Zənganda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

Gunaz.tv

Hava çirkliliyinin qeyri-adi səviyyədə yüksəldiyini, bütün yaş qrupları üçün təhlükəli olduğunu deyən Haşimi əhalidən mümkün qədər açıq havaya çıxmamağı xahiş edib.

Onun sözlərinə görə, son iki gün ərazində hava çirkliliyinin göstəricisi 173 olub və bu bütün standart göstəricilərdən yüksəkdir.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar