SON XƏBƏRLƏR

Zənganda tibb işçiləri etiraz aksiyası keçirib

2022.02.22, 04:29
Zənganda tibb işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Əyalət valilik binasının qarşısına toplaşan narazılar çətin iş şəraitlərinə baxmayaraq hüquqlarının tapdalandığını bildiriblər. 

Etitazçılar tibb işçilərinin statusunun müəyyən edilməsini, iş müqavilələrinin nizamlanmasını, ödənilməmiş əmək haqlarının ödənilməsini tələb ediblər.

Tibb işçilərinin tələbləri sırasında əlavə xüsusi personal geyimlərinin dövlət hesabına verilməsi də var.

Narazı tibb işçiləri bildiriblər ki, özəlliklə koronovirusun yayıldığı dövr daha artıq çalışmaları, ağır şəraitdə fədakarlıq etmələrinə baxmayaraq, dövlət nəzərdə tutulan əmək haqları və əlavə ödənişləri verməkdən imtina edir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar