SON XƏBƏRLƏR

SEPAH-a bağlı media Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmanı İsrail fitnəsi kimi qələmə verir

2022.09.13, 16:00
SEPAH-a bağlı media Azərbaycan-Ermənistan sərhəddində baş verən toqquşmanı İsrail fitnəsi kimi qələmə verir

Gunaz.tv

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı media orqanları, teleqram kanalları və SEPAH-ın tvitter hesabı Azərbaycan ordusunun  Ermənistanın təxribatlarına cavabını təhrif edilmiş formada qələmə verməkdə davam edir.

SEPAH-ın tvitter səhifəsində yenidən İranın "qırmızı xətti" barədə iddialar təkrarlanıb və sərhəddə baş verənlər qalmaqal kimi təqdim edilib.

"İran İslam Respublikası beynəlxalq sərhədlərin pozulması və regionda xaos yaradılmasını uşaq qatili sionist rejimin məqsədlərinə uyğun hesab edir və bu hərəkətləri pisləməklə, onun günahkarlarına xəbərdarlıq etməklə yanaşı, regionun sərhəd geosiyasətində hər hansı dəyişikliyi İranın qırmızı xətti olduğunu bildirir"-deyə, SEPAH-ın teleqram kanalında yazılıb.

Bununla yanaşı İran İnqilab Keşikçiləri Korpusunun teleqram kanalı Əli Xameneyinin bir müddət öncə yaydığı tviti yenidən yayınlayaraq onun adından bir daha "İranın heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və planlara dözməyəcəyini" təkrarlayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar