SON XƏBƏRLƏR

Baş konsul: "Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq"

2021.11.09, 08:37
Baş konsul: "Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq"

Gunaz.tv

Bu fikirləri Pakistan İslam Respublikasının İstanbuldakı Baş konsulu Bilal Xan Paşa bildirib.

Baş konsul xüsusilə son dövrlərdə Pakistanla Azərbaycan və Türkiyə arasında artan ticarət, siyasi, diplomatik əlaqələri yüksək qiymətləndirib və Azərbaycan xalqını Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib:

"Dost və qardaş Azərbaycan xalqını tarixi və mənəvi əhəmiyyət kəsb edən Vətən müharibəsindəki qələbəsi münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Pakistandan Azərbaycana ticarət karvanı göndərmişik və eyni karvanın Azərbaycan məhsullarını Pakistana daşıyacağı da gözlənilir”.

O, iki ölkə arasında əlaqələrin daha inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb:

“Gələcəkdə insanlar arasındaki təmasların, əlaqələrin daha da güclənəcəyinə ümid edirik. Əlbəttə, artıq rast gəlinən haldır, lakin hesab edirəm ki bu, daha da intensivləşəcək.

Pakistan və Azərbaycan arasında birbaşa uçuşlar da olacaq. Daha çox turizm və səyahətlə bağlı imkanlar yaranacaq və bir zamanlar uğurlu ticarət yolu olan tarixi İpək yolu yaxın vaxtlarda Pakistan, Azərbaycan və Türkiyənin yeni ticarət əlaqələri üçün yenidən açılacaq". (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar