Laçına daxil olmadan yeni yolun tikintisi yekunlaşıb

11.08.2022, 12:04

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.

Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.

Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fransa Ermənistana nümayəndə heyəti göndərəcək

2022-09-28

gun az article

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb

2022-09-28

gun az article

PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"

2022-09-28

gun az article

Yunanıstanda İrandakı etirazçılara dəstək mitinqi keçirilib

2022-09-28

gun az article

Jurnalistləri Müdafiə Komitəsi: "Son on gündə İranda 20 jurnalist həbs edilib"

2022-09-28

gun az article

Avstraliya İranda etirazların zorakılıqla yatırılmasını pisləyib: “ İran qadınlarının yanındayıq”

2022-09-28

gun az article

İranda etirazçılara qarşı zorakılıq və internet məhdudiyyətləri ilə bağlı BMT narahatlığını ifadə edib

2022-09-28

gun az article

İranın keçmiş prezidentinin qızı həbs edildi

2022-09-28

gun az article

İranın Çabahar şəhərində etirazçılar dövlət idarələrinə girib, fərmandarlığın yandırıldığı deyilir-VİDEO

2022-09-27

gun az article

İranda yenidən etiraz aksiyaları başlayıb, Çabaharda odlu silahlardan atəş açılır-VİDEO

2022-09-27

gun az article

Ərbildə İran PUA-sı qəzaya uğrayıb

2022-09-27

gun az article

“Molla rejimi İslamın düşmənidir”-Fransanın qalmaqallı din xadimi

2022-09-27

gun az article

Amerikadakı İran Həkimlər Assosiasiyasının prezidenti İbrahim Rəisi ilə görüşə görə vəzifəsindən qovulub

2022-09-27

gun az article

İran məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: "Əmlakları müsadirə olunacaq"

2022-09-27

gun az article

İranda neft sənayesi işçiləri tətil aksiyalarına başlayacaq

2022-09-27

gun az article

Kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib

2022-09-27

gun az article

Polad Həşimovun anası: "Şəhidlərimiz bizim qəhrəmanlarımızdır"

2022-09-27

gun az article

Prezident İlham Əliyev Füzuliyə gedib-FOTO

2022-09-27

gun az article

Avropa Birliyi və Amerika İrana qarşı yeni cəza tədbirləri tətbiq edəcək

2022-09-27

gun az article

Avstraliyadakı iranlılar xalq etirazlarına dəstək aksiyası keçiriblər

2022-09-27