SON XƏBƏRLƏR

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023.03.22, 09:00
Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

Gunaz.tv

Qaşqay gəncin dəfn mərasiminə toplaşan insanlar başda Xameneyi olmaqla hökumət əleyhinə şüarlar səsləndiriblər.

"Qaşqaylar ölər, alçalmağı qəbul etməz" şüarları verən qaşqaylar  Tehran rejiminin qaşqay türklərinə qarşı təzyiqləri qarşısında təslim olmayacaqlarını bildiriblər.

Qeyd edək ki, İsa Roşəndil Doğanlı martın 18-də yurd yerlərinin sökülməsinə etiraz etdiyi üçün SEPAH məmurları tərəfindən güllələnib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

 

GünazTV
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar